Accessibility links

Myanmada həbs olunan jurnalistlər Ali Məhkəməyə müraciət edib


Va Lo və Kyau Soe Oo
Va Lo və Kyau Soe Oo

Myanmada Rohinca böhranını işıqlandırarkən həbs olunan və yeddi illik həbs cəzası çəkən iki Reuters jurnalistinin vəkilləri cümə günü Ali Məhkəməyə appelyasiya şikayəti verib.

Onlar yanvar ayında Yanqonun yüksək instansiyalı məhkəməsinə appelyasiya şikayəti verib, lakin məhkəmə şikayəti təmin etməyib. Bu səbəblə də onların yeganə çarəsi Ali Məhkəməyə şikayət təqdim etmək olub.

Müxbirlər, 31 yaşlı Va Lon və 28 yaşlı Kyau Soe Oo, senytabr ayında rəsmi sənədlərə sahib olmaqda təqsirli bilinib. Bu məhkəmə işi Myanmanın demokatiyaya doğru irəliləyişi ilə bağlı suallar yaradıb və insan haqları müdafiəçilərinin şikayətlərinə səbəb olub.

Jurnalistlər dekabr ayında həbs olunduğu zaman qərbi Rakxayn ştatında 10 müsəlman rohincalı oğlan və kişinin təhlükəsizlik qüvvələri ilə yerli buddist tərəfindən kütləvi qırğınını işıqlandırırdı.

Kütləvi qırğın 2017-ci ilin avqustunda başlayan daha genişmiqyaslı təqiblərin bir hissəsi idi. Nəticədə 700 mindən çox Rohinca müsəlmanı qonşu Banqladeşə qaçmaq məcburiyyətində qalıb.

XS
SM
MD
LG