Accessibility links

Myanmada hərbi çevrilişə etiraz edən iki nümayişçinin öldürüldüyü bildirilir


Mandalay, Myanma
Mandalay, Myanma

Myanmada təhlükəsizlik qüvvələri şənbə günü ordunun fevralın 1-də çevrilişinə qarşı nümayiş keçirən etirazçılara canlı və rezin güllə ilə atəş açıb, onlara qarşı göz yaşardıcı qazdan və su sırnaqlarından istifadə edib. Nəticədə azı iki nəfər güllələnərək öldürülüb.

Myanmanın ikinci ən böyük şəhəri Mandalayda bir gəmiqayırma zavoduna işçilər və başqa nümayişçiləri dağıtmaq üçün təxminən 500 polis və əsgər yerləşdirilib.

Təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün güllə ilə atəş açıblar və başqa gücdən istifadə ediblər. Irrawaddy xəbər saytı və Parahita Darhi könüllü xidməti agentliyinin lideri Ko Aunqun bildirdiyinə görə, nəticədə iki nəfər ölüb, 20 nəfər yaralanıb.

Nümayişçilər, ərazi sakinləri və jurnalistlər ərazidən qaçıblar. Təhlükəsizlik qüvvələri isə onları təqib edib və bir qrup jurnalistə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Təhlükəsizlik qüvvələri ordu fevralın 1-də de fakto lider Aunq San Suu Çini və mülki hökumətin digər yüksək vəzifəli rəsmilərini həbs edəndən bəri onlarla toqquşan etirazçılara qarşı daha aqqressiv olmağa başlayıblar. Ordu ötən noyabrda keçirilən və Suu Çinin Milli Demokratiya Liqasının böyük fərqlə qalib gəldiyi ümummilli seçkidə genişmiqyaslı saxtakarlığın olduğunu iddia edərək, ölkə boyu bir illik fövqəladə vəziyyət elan edib.

Myanma seçki komissiyası ordunun iddialarını rədd edib.

O zamandan bəri on minlərlə nümayişçi sərt komendant saatını və dörddən çox insanın bir araya toplaşmasına qoyulan qadağanı pozaraq Myanmanın ən böyük şəhərlərinin küçələrinə axışıb. Onlar əllərində demokratiyanı dəstəkləyən şüarların yazıldığı plakatları və Suu Çinin şəklini nümayiş ediblər.

Onlar yürüş edərkən məşhur “Hunger Games” filmində tiraniyaya qarşı müqavimət işarəsi olan üç barmaqlı salam veriblər.

Etirazlarla yanaşı hökumət işçiləri və dövlət qulluqçuları da tətil edib və bu, ölkə boyu qatar xidmətlərinin dayandırılması ilə nəticələnib. Ordu dövlət qulluqçlarının işə geri dönmələrini tələb edib, əks təqdirdə isə onlara qarşı tədbir görməklə hədələyib. Bundan əlavə tibb işçiləri də daxil olmaqla başqa yerlədən işçilər də son günlərdə tətil keçirməyə başlayıblar.

Hərbi çevrilişə başçılıq edən baş general Min Aunq Hlainq ötən həftə televiziyada yayımlanan çıxışında ölkəyə “həqiqi və intizamlı demokratiya” gətirəcək yeni seçkilərin keçiriləcəyinə söz versə də, bunun nə zaman baş verəcəyini bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG