Accessibility links

Myanmada jurnalistlərin həbsinə etiraz


Bu gün Myanmada 100-dən artıq fəal Reuters agentliyinin iki jurnalistinin həbsinə etiraz olaraq aksiya keçirib. Etiraz aksiyası ölkənin ən böyük şəhəri Yanqonda baş tutub.

Bir ilə yaxındır Myanmada həbsdə olan jurnalistlər - Ua Lon və Kyau Oo da “Time” jurnalının “İlin adamı” adına layiq görülənlər arasındadır.

32 yaşlı Ua Lon və 38 yaşlı Kyau Oo-yə qarşı ölkənin rəsmi kəşfiyyat aktını pozmaq ittihamları irəli sürülüb.

Həbslər Myanmanın demokratiya yolunda irəliləməsinə dair suallar doğurub. İnsan hüquqları müdafiəçiləri həbslərə qəzəblərini bildirir.

Tələbələr, jurnalistlər və yazıçılardan ibarət qrup “Jurnalizm cinayət deyil”, “Ua Lon və Kyau Oo-ya azadlıq” zözləri yazılmış köynəklərlə nümayişə çıxıb.

Aksiyaçıların bəziləri əllərində “Time” jurnalının əkslərini tutub.

Jurnalistlər həbsləri ilə bağlı apellyasiya məhkəməsinə müraciət edib. Dinləmələr dekabrın 24-nə təyin edilib.

Jurnalistlər 8 ay davam edən məhkəmə prosesində iki polis işçisinin onlara restoranda yemək yeyərkən qəzet təqdim etdiyini bildirib. Bundan dərhal sonra şəxsi geyimli adamlar onları maşına otumağa vadar edib.

Myanma lideri Aunq San Suu Kyi sentyabr ayında bildirmişdi ki, həmin şəxslər jurnalizm və ya ifadə azadlığına görə deyil, məxfi sənədlər ötürdüklərinə görə həbs edilib.

Müxbirlər həbs edilməzdən öncə Myanmada Rohinca müsəlman kişi və oğlanların öldürülməsinə dair araşdırma aparırdı.

Ordunun rohincalılara qarşı amansız davranışı 700 mindən çox müsəlmanı Banqladeşə qaçmağa məcbur edib.

XS
SM
MD
LG