Myanmanın hərbi xuntasının lideri çərşənbə günü Moskvada keçirilən beynəlxalq konfransa qatılıb. Bu, Rusiyanın beynəlxalq təziqlərə baxmayaraq, xunta ilə əlaqələri möhkəmləndirmək istəyini əks etdirir.
Myanmadakı ordu keçən noyabr ayında keçirilən seçkilərin kütləvi saxtakarlıq ilə nəticələndiyini deyərək, 1 fevral tarixində demokratik yolla seçilmiş Aunq San Suu Çini devirib. İddianı sübut edəcək heç bir dəlil göstərilməyib.
Təhlükəsizlik qüvvələri ordunun hakimiyyəti ələ keçirilməsinə qarşı baş qaldıran kütləvi etirazları zorakılıqla yatırıb, nəticə də yüzlərlə etirazçı öldürülüb və həbs edilib.
Xuntanın lideri, general Min Aunq Hlainq çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi konfransdakı çıxışında ölkədə "tənəzzülə uğrayan" demokratik sistemi möhkəmləndirməyə çalışdığını iddia edib.
O, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
"Myanmanı Cənub-Şərqi Asiya və Asiya-Sakit okean bölgəsində zamanla sınanmış strateji ortaq və etibarlı bir müttəfiq olaraq gördüyümüz üçün bu görüşə xüsusi diqqət yetiririk" - deyə, Şoyqu bildirib. O, həmçinin əlavə edib ki, "hərbi və hərbi-texniki sahədə əməkdaşlıq Rusiya ilə Myanma arasındakı münasibətlərin vacib bir hissəsidir".
Şoyqu Rusiyanın Myanma ilə "qarşılıqlı anlaşma, hörmət və etimada" əsaslanan əlaqələri genişləndirməyə çalışacağını bildirib.