Accessibility links

Myanmar informasiya naziri polis müdaxiləsini qanuni sayır


Myanmar informasiya naziri polislərin tələbələrin etirazına göstərdikləri müdaxiləni qanun çərçivəsində edildiyini bildirərək, bunun ölkənin demokratik islahatlar prosesinə heç bir təsir göstərməyəcəyini deyib.

Nazirin fikirləri çərşənbə axşamı günü qarşıdurmadan sonra dövlət mətbuatında yayımlanıb. Tələbələr hökumətin təhsil islahatları haqda qanunun dəyişdirilməsini tələb edib.

Polis zorakılığı Qərb dövlətləri və beynəlxalq insan haqları qrupları tərəfindən tənqidlərə məruz qalıb. Hadisə Myanmarın bir neçə il əvvəl söz verdiyi demokratik islahatları şübhə altına alır.

XS
SM
MD
LG