Accessibility links

Myanma polisi ilə etirazçılar arasında qarşıdurma yaşanıb


Myanma polisinin Raxhayn əyalətində etiraz edən nümayişçilərə atəş açması nəticəsində 7 nəfər həyatını itirib, xeyli sayda insan isə yaralanıb.

Regional qubernator deyib ki, polis çərşənbə axşamı gec saatlarda Mrauk U şəhərindəki hökümət binası ətrafında toplanan izdihamı dağıtmağa çalışıb. Hadisə 2 əsr bundan öncə süquta uğramış Arakan krallığının ildönümü mərasimindən sonraya təsadüf edib.

Polis əvvəlcə nümayişçilərə xəbərdarlıq etmək məqsədi ilə onlara rezin güllələrlə atəş açıb. Lakin bundan sonra etirazçıların qəzəblənərək əsgərlərin üzərinə hücum etməsindən sonra təhlükəsizlik qüvvələri həqiqi güllələrdən istifadə edib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Raxhayn əyaləti hazırda davam dünyanın ən böyük humanitar böhranın mərkəzi sayılır.

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar agentliyinin verdiyi məlumata görə, avqust ayından etibarən təxminən 645,000 Rohinca qaçqını öz evlərini tərk edərək Banqladeşin Koks Bazar şəhərində məskunlaşıb.

XS
SM
MD
LG