Accessibility links

Myanma ordusunun nəzarətində olan hökumət 6000-ə yaxın insanı həbsdən azad edir


Myanma ordusunun nəzarətində olan hökumət cümə axşamı ölkənin Milli Qələbə Günü münasibətilə geniş məhbus amnistiyası çərçivəsində avstraliyalı akademik, yapon kinorejissor, keçmiş britaniyalı diplomat və amerikalını azad edilərək, onların deportasiya olunacağını elan edib.

Myanmanın dövlət idarəsi MRTV-nin verdiyi məlumata görə, avstraliyalı Şon Tornell, yaponiyalı Toru Kubota, britaniyalı Viki Bouman və amerikalı Kyou Htay Oo, eləcə də Myanmanın 11 tanınmış şəxsi azadlığa buraxılan 5774 məhbus arasındadır.

Xarici vətəndaşların həbsi Myanma liderləri ilə onların azadlığa buraxılması üçün lobbiçilik edən yerli hökumətlər arasında mübahisələrə səbəb olub.

Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) məlumatına görə, keçən ilin fevralında ordu demokratik yolla seçilmiş Aun San Suu Çi hökumətini devirdikdən sonra Myanmada siyasi ittihamlarla 16232 nəfər həbs edilib.

AAPP həbs edilənlərdən 13015-nün hələ də həbsdə olduğunu bildirib. Qrup həmin müddət ərzində azı 2465 mülki şəxsin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyib.

Amnesty İnternational-ın Avstraliya nümayəndəsi Tim Okonnor Turnellin azadlığa buraxılması qərarını alqışlayıb və deyib ki, bir çoxları kimi o da heç vaxt həbs edilməməli və həbsxanaya salınmamalı idi.

"Amnesty İnternational öz hüquqlarını dinc şəkildə qoruduqlarına görə, heç bir səbəb olmadan saxlanılan bütün şəxslərin azadlığa buraxılmasına çağırmaqda davam edir. Myanmadakı çevrilişdən sonra həbs edilən minlərlə insan heç bir səhvə yol verməyib" - deyə, o bildirib.

Yaponiya hökumətinin sözçüsü Hirokazu Matsuno rəsmilərin Kubota ilə əlaqə saxladığını və 26 yaşlı sənədli film rejissorunun səhhətinin yaxşı olduğunu deyib. Yaponiyanın Yanqundakı səfirliyindən bildiriblər ki, o, cümə axşamı Banqkok reysi ilə Myanmanı tərk edib və cümə günü səhər Yaponiyaya qayıdacaq.

Bouman, Turnell və Kyou Htay Oonun Myanmadan cümə axşamı çıxacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG