Accessibility links

Mətbuat: Səudiyyəli jurnalist öz qətlini biləyindəki cihaz vasitəsilə qeydə alıb


Müxtəlif media məlumatlarına əsasən, Səudiyyə Ərəbistanından olan jurnalist və rejim tənqidçisi Camal Xaşuqci öz ölümünü Apple Watch vasitəsilə qeydə alıb.

Xəbərlərdə bildirilir ki, Xaşuqci 2 oktyabr tarixində nikah üçün lazım olan sənədləri əldə etmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olarkən öz cihazının səsyazma funksiyasını işə salıb.

Əlavə edilir ki, biləyindəki Apple Watch informasiyanın saxlanıldığı iCloud və konsulluğa daxil olmaqdan öncə nişanlısına verdiyi telefona bağlı idi. Nişanlısı Xaşuqcini konsulluq binası önündə gözlədiyini və onun binanı tərk etmədiyini bildirir.

Xəbərlərdə bildirilir ki, cihaz nəinki Xaşuqcinin dindirilməsi və işgəncəyə məruz qalmasını, həm də qətlini qeydə alıb.

ABŞ-da yaşayan Xaşuqci The Washington Post qəzetində məqalələr dərc edib və Səudiyyə Ərəbistanı rejiminin tənqidçisi olub.

Daha ətraflı:

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG