Accessibility links

Nüfuzlu senator Con Makkeyn 81 yaşında vəfat etdi [Video]


Nüfuzlu senator Con Makkeyn 81 yaşında vəfat etdi
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Amerika böyük hörmətə malik dövlət xadimini, qürurlu vətənpərvər və fədakar döyüşçüsünü itirdi. Beyin xərçəngindən əziyyət çəkən senator Con Makkeyn şənbə günü 81 yaşında vəfat etdi.

Con Sidney Makkeyn son aylarında belə Amerikadan əzmlə bəhs edirdi.

Con Makkeyn ictimai xidmətin nümunəsi idi. O, medianın şişirtdiyi saxta qəhrəman deyil, əsl Amerika qəhrəmanı idi
Allan Lixtman

“Biz xoşbəxtik. Biz azad ölkədə, hər şeyin mümkün olduğu bir yerdə yaşayırıq”, o deyirdi.

O həmçinin Trampın prezidentlik dövrünün təhlükələrindən də açıq danışırdı.

“Həll yolu tapmaq əvəzinə qapazaltı axtarmağa üstünlük verən insanların uydurduğu natamam, saxta millətçilik üçün beynəlxalq lider kimi öhdəliklərimizdən və dünyanın sonuncu ən gözəl ümidi kimi qalmaq borcumuzdan imtina etmək qeyri-vətənpərvər addımdır”, Makkeyn deyib.

“Con Makkeyn ictimai xidmətin nümunəsi idi. O, medianın şişirtdiyi saxta qəhrəman deyil, əsl Amerika qəhrəmanı idi”, siyasi tarixçi Allan Lixtman söyləyir.

Amerika admiralının oğlu olan Makkeyn ABŞ Dəniz Donanmasının aviatoru olur və Vyetnam Müharibəsi zamanı bombalama missiyalarında iştirak edir. 1967-ci ildə onun təyyarəsi şimali vyetnamlılar tərəfindən vurulur və Makkyen növbəti beş ili müharibə əsiri olaraq işgəncələrə məruz qalır.

Makkeyn Veytnama 10 il sonra, artıq respublikaçı senator kimi yenidən geri qayıdır.

Con Makkeyn
Con Makkeyn

Con Makkeyn Vaşinqtonla Hanoy arasında münasibətlərin bərpa olunmasında böyük rol oynayıb.

“Həbsdə ikən mənə qarşı pis rəftar edən bəzi şəxslər var idi və ümid edirəm ki, bir daha onları görməyəcəm. Amma bu mənim vyetnamlıların gözəl insan və yaxşı dost olduqlarına dair fikrimi dəyişmir. Bizim onlara, onların isə bizə ehtiyacı var”, Makkeyn deyib.

2001-ci ilin 11 sentyabrında baş verən hücumlardan sonra Makkeyn terror şübhəlilərinə qarşı işgəncə taktikalarını qınasa da, Əfqanıstan və İraq müharibələrini dəstəkləyirdi.

Kapitolidə isə o, iti dili ilə tanınırdı:

“Rədd ol, alçaq”.

Cəsarət və sədaqət. Mən bu gün xatirəsini andığımız insanı, dostum Con Makkeyni təsvir etmək üçün bundan daha düzgün sözlər tapa bilmirəm
Co Bayden

Amma o həm də mərhəmətli bir insan idi. Makkeyn iki dəfə müstəqil fikirli respublikaçı olaraq prezidentliyə namizədliyini irəli sürmüş, 2008-ci ildə Respublikaçıların namizədi seçicilmişdi. Seçki kampaniyalarının birində isə o hətta demokrat rəqibi Barak Obamanı da müdafiə etmişdi.

“O, ərəbdir” – bir izləyici Obamaya istinadən söyləmişdi.

“Xeyr, xanım. O, ləyaqətli, ailəcanlı bir insan, vətəndaşdır. Sadəcə, bizim onunla fikir ayrılıqlarımızm var” – deyə, Makkeyn cavab vermişdi.

Makkeyn prezident seçkisində məğlub olduqdan sonra Senata geri döndü və orada Senatın Silahlı Qüvvələr Komitəsinin sədri olaraq, ABŞ-ın dünya qarşısındakı öhdəliklərini və ABŞ ordusunun gücləndirilməsini təbliğ edirdi.

Prezidentliyə namizəd ikən Donald Tramp Makkeynin müharibə qəhrəmanı statusunu sual edərəkən isə o, Trampa cavab verməmişdi.

“O, ələ keçirildiyi üçün müharibə qəhrəmanı olub. Mən isə həbs olunmayan insanları sevirəm”, Tramp söyləmişdi.

Makkeyn Trampın idarəetmə üsulunun və siyasətinin, habelə Vaşinqtonda ifrat siyasi qütbləşmənin kəskin tənqidçisi idi və bu səbəbdən də prezident Trampın dəstəklədiyi və respublikaçıların irəli sürdüyü səhiyyə planının əleyhinə həlledici səs vermişdi.

Makkeynə həm demokratlar, həm də respublikaçılar hörmət bəsləyirdi.

Con Makkeyn
Con Makkeyn

“Cəsarət və sədaqət. Mən bu gün xatirəsini andığımız insanı, dostum Con Makkeyni təsvir etmək üçün bundan daha düzgün sözlər tapa bilmirəm”, sabiq vitse-prezident Co Bayden söyləyib.

Con Makkeyn bəlkə də son illərin siyatəçilərinin hamısından fərqli olaraq rəqib partiya ilə birgə işləyib, immiqrasiya islahatı, kampaniya maliyyəsi islahatları kimi ölkə üçün faydalı olan işləri görməyə hazır idi.

Makkeynin vəfatı bir çoxlarını kədərləndirsə də, o hər zaman insanların ürəyində yaşamağa davam edəcək.

“Mən dünyanın ən xoşbəxt insanıyam. Mən Amerikanın maraqlarına xidmət göstərmişəm”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG