Accessibility links

Nümayəndələr Palatası antisemitismin pislənməsinə dair qətnaməni səsə qoyur


Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası İsraili çoxlarının təhqir kimi qəbul etdiyi şəkildə tənqid edən yeni demokrat qanunvericinin mövqeyini hədəf almaq üçün çərşənbə günü antisemitism və dözümsüzlüyü pisləmək haqda qanununa dair səsvermə keçirməyə hazırlaşır.

Demokrat partiyasının yüksək səviyyəli nümayəndələri tərəfindən hazırlanan qətnamədə ötən ilin noyabrında 435 üzvlü Nümayəndələr Palatasına üzv seçilən iki müsəlman qadından biri olan konqresmen İlhan Ömərin adı çəkilmir. Lakin sənədin Minnesota ştatından yeni qanunverici İlhan Öməri nəzərdə tutduğu aydındır.

Somali əsilli müsəlman amerikalı İlhan Ömər ABŞ-ın 1948-ci ildə yaradılmış yəhudi dövlətinə uzun müddət göstərdiyi dəstəyi sual etməklə bir çox demokrat həmkarını qəzəbləndirib. Onlar bunu antisemitizm adlandırıb.

Ötən günlərdə Ömər ABŞ-dakı İsrail tərəfdarlarına “xarici dövlətə sədaqəti” olan şəxslər kimi müraciət edib. O bundan əvvəl Amerikada İsrail üçün lobbiçilik edən yüksək təsirə malik Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin maliyyə nüfuzunu sual edib.

Demokratların hamısı Ömərin şərhlərini tənqid etməyib. Ən azından iki yeni konqresmen, Miçiqan ştatından seçilmiş ilk fələstinli-amerikalı konqresmen Rəşidə Tlaib və Nyu York ştatından Aleksandria Okasio-Kortez onun mövqeyini müdafiə edib.

XS
SM
MD
LG