Accessibility links

Nümayəndələr Palatası səs çoxluğu ilə NATO-ya dəstəklə bağlı qanun layihəsini qəbul edib


ABŞ hərbi qüvvələrinin əsgərləri Polşada NATO-nun birgə təlimlərində

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın 29 üzvlük alyansla bağlı təəhhüdlərinə dair narahatlıqlar fonunda NATO-ya dəstəyin ifadə edildiyi qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib.

Hər iki partiyanın nümayəndələrinin dəstəklədiyi NATO-ya Dəstək Aktı alyansdan çıxmaq üçün fondlardan istifadə edilməsini qadağan edir və ABŞ-ın ittifaqın bir hissəsi olaraq qalması siyasətini təsbit edir. Qanun layihəsi 357 lehinə, 22 əleyhinə səslə qəbul edilib.

Konqresin maliyyə üzərində nəzarətini əsaslandırmaqla yanaşı, qanun layihəsində Birləşmiş Ştatların NATO-ya dəstəyi və qarşılıqlı müdafiəyə dair maddə təkrar olaraq təsdiq edilir.

Sənəddə həmçinin alyansın ən yeni üzvü olan Monteneqroya, eləcə də ABŞ-ın Avropada Müqavimət Təşəbbüsünə maliyyə ayırması və 2024-cü ilə qədər alyansın hər bir üzvünün ölkənin ümumi daxili məhsulunun 2 faizinin müdafiə xərclərinə sərf etməsi kimi məqsədə nail olunmasına dəstək bildirilir.

Səsvermədən bir neçə saat öncə ABŞ-ın Avropa məsələləri üzrə yüksək diplomatı və NATO-nun qızğın tərəfdarı, dövlət katibinin Avropa və Avrasiya üzrə yardımçısı Uess Mitçell Transatlantik münasibətlərin gərgin olduğun fonda vəzifəsindən istefa verdiyini elan edib. bildirilir. Mitçell Rusiya ilə bağlı məsələlər və Avropa ölkələri ilə əlaqələrlə məşğul olurdu.

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə yardımçısı Uess Mitçell
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə yardımçısı Uess Mitçell

Dövlət Departamenti onun vəzifəsindən fevral ayının ortalarında gedəcəyini bildirib. Departamentin sözçüsü Robert Palladino Mitçelin “dəyərli və effektiv lider” və ABŞ-ın “Avropadakı müttəfiqləri və tərəfdaşlarının yaxşı dostu” olduğunu bildirib.

Nümayəndələr Palatasında səsvermə və Mitçellin istefası Avropa liderləri ilə Vaşinqtonun NATO və ümumilikdə Transatlantik münasibətlərlə bağlı təəhhüdləri ilə əlaqədar gərginliyin mövcud olduğu bir vaxta təsadüf edir.

New York Times qəzeti bu yaxınlarda hökumətdə bir neçə mənbəyə istinadən xəbər verib ki, Tramp keçən il Birləşmiş Ştatların NATO-dan çıxarılması ideyasını irəli sürüb. Bu addımın aprel ayında 70 illiyini qeyd edəcək alyansın faktiki olaraq dağılmasına gətirib çıxara biləcəyi qeyd edilir.

Mərkəzi və Şərqi Avropa məsələləri ilə məşğul olan araşdırma mərkəzində çalışan Mitçelin Tramp administrasiyasının siyasətinə etiraz olaraq istefa verdiyinə dair işarə edilməyib.

“NATO alyansı Amerikanın təhlükəsizliyi və bütün dünyada sülh və sabitliyin təmin edilməsinin əsasını təşkil edir” – deyə, Nümayəndələr Palatasında əksəriyyətdə olan demokratların lideri Steni Hoyer yanvarın 22-də səsvermədən öncə açıqladığı bəyanatda bildirib.

XS
SM
MD
LG