Nümayəndələr Palatası prezident Donald Trampın administrasiyasının Səudiyyə Ərəbistanına silah satışı və təyyarələrin təmirinə dəstək təmin etməsinin qarşısını alan qətnamə qəbul edib.
Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası çərşənbə axşamı üç narazılıq qətnaməsindən ikisini 238, birini isə 237 səslə qəbul edib. Bu qətnamələrin hər birini yalnız dörd respublikaçı dəstəkləyib.
Riyadla daha yaxın əlaqələr qurmaq istəyən Tramp deyir ki, o, səudiyyəlilərə 8.1 milyard dollarlıq silah satışına qarşı çıxan qətnamələrə veto qoyacaq.
Senat bu qətnamələri ötən ay təsdiqləyib, amma Nümayəndələr Palatasında olduğu kimi vetonun qarşısını ala bilməyib. Prezidentin vetosunun qarşısını almaq üçün qətnamələri həm Nümayəndələr Palatası, həm Senat üzvlərinin üçdə ikisi dəstəkləməlidir.
Konqresdə ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinə qarşı müqavimət Səudiyyə krallığının agentləri səudiyyəli jurnalist Cammal Xaşuqcini öldürəndən sonra artıb.