Accessibility links

Nümayəndələr Palatası Trampı ikinci dəfə impiç etdi


Nümayəndələr Palatası Trampı ikinci dəfə impiç etdi
please wait

No media source currently available

0:00 0:03:41 0:00

Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası çərşənbə günü prezident Donald Trampı impiç edərək, onu keçən həftə minlərlə tərəfdarını Kapitoliyə yürüş etməyə çağıraraq, qarışıqlıqlara təhrik etməkdə ittiham edib. Tramp ABŞ-ın 245 illik tarixində 45 prezident arasında iki dəfə impiçment elan edilən ilk prezidentdir. Səsvermə zamanı Demokratlarla yanaşı, bəzi Respublikaçı nümayəndələr də impiçmentə səs verib. Nümayəndələr Palatasında səsvermədən sonra məsələ mühakimə üçün Senat məhkəməsnə çıxarılmalıdır.

Bir həftə əvvəl Co Baydenin prezident seçildiyi seçkilərin nəticələrini ləğv etməyə çalışan Tramp tərəfdarlarının Kapitoli binasına hücumu zamanı qanunvericilərin evakuasiya olunduğu eyni Palatada nümayəndələr prezident Trampı 232 lehinə, 197 əleyhinə səslə impiç etdi.

İmpiçment maddəsi ilə Tramp yanvarın 6-da Kapitoli binasına hücum edən tərəfdarlarını “üsyana təhrik etməkdə” ittiham edilib.

Vitse-prezident Pens spiker Nensi Pelosiyə Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasındakı maddəni tətbiq etməyəcəyini bildirdikdən sonra Nümayəndələr Palatası Milli Qvardiya tərəfindən mühafizə olunan Kapitolidə impiçmenti səsverməyə qoydu.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi:

“Prezident üsyançıların timsalında azadlıq düşmənlərini deyil, dəhşətli hədəfə çatmaq üçün bir vasitə görürdü. Məqsəd şəxsən hakimiyyəti əlində tutmaq, xalqın iradəsinə qarşı çıxmaq idi. Məqsəd bizim təxminən 250 illik demokratiyamıza odlu və qanlı toqquşma ilə son qoymaq idi."

Nümayəndələr Palatasında Respublikaçıların çoxu prezidentin hərəkətlərinin impiç olunmaq həddinə çatmadığını iddia etsələr də, bəziləri onun iğtişaşlarda rolunu etiraf edib.

Respublikaçı azlığın lideri Kevin Makkarti:

“Prezident qiyamçıların çərşənbə günü Konqresə hücumuna görə məsuiyyət daşıyır. O baş verənləri gördükdə dərhal zorakı kütləni pisləməli idi."

ABŞ tarixində iki dəfə impiç edilən ilk prezident olan Tramp iğtişaşlardan öncə yürüş zamanı çıxışını müdafiə edib. Lakin o, öz tərəfindən zorakılıqları pisləyib.

Prezident Donald Tramp: "Mənim həqiqi tərəfdarlarım heç biri siyasi zorakılığa dəstək göstərməz."

Palatada on respublikaçı prezidentin impiçmentinə səs verib. Bunların arasında olan yüksək səviyyəli Respublikaçı nümayəndə Liz Çeyni Trampın hərəkətlərini prezident tərəfindən ən böyük xəyanət kimi qınayıb. İmpiçment prosesi bundan sonra Senatda məhkəmədə başlayacaq. Burada bəzi Respublikaçılar prezidenti mühakimə etmək üçün Demokratlara qoşula bilər.

Elayne Kamark, Brookings İnstitutu

“Əgər qarşıdan gələn günlərdə Kapitoliyə kütləvi və çirkin bir hücum olsa, o zaman mühakimə üçün daha çox səy göstəriləcəyini düşünürəm. Amma əgər gərginlik həqiqətən azalsa, o zaman bu enerjinin azalacağı mümkündür və senatorlar Trampı mühakimə etmək üçün o qədər dərinə getmək istəməyə bilər."

Senatda Respublikaçı əksəriyyətin lideri Mitç Makkonnellin məhkəmənin ən azı Baydenin inaqurasiya mərasimindən bir gün əvvəl başlamayacağını elan etməsi pandemiya dövründə yeni prezidentin gündəminə maneə yarada bilər.

Elayne Kamark, Brookings İnstitutu

"Bu, Bayden üçün və ölkə üçün uğursuzuq olacaq, əsas ona görə ki, çünki hamımız bir şeyi - COVID-19 üçün maliyyə gözləyirik."

Keçən həftə baş verən iğtişaşlardan sonra keçirilən sorğuda iştirak edən respondentlərin 56 faizi Trampın Kapitolidə zorakılığa görə məsuiyyət daşıdığını bildirib və sorğu iştirakçılarının bir hissəsi isə onun vəzifəsindən kənarlaşdırılmalı olduğunu deyib. Tramp Senatda məhkum olsa, onun federal hökumətdə vəzifə tutmaq üçün namizəd olması qadağan ediləcək.

XS
SM
MD
LG