Accessibility links

Nümayəndələr Palatası Trampın "irqçi" açıqlamalarını qınayan qətnaməyə səs verib


ABŞ-ın Nümayəndələr Palatası prezident Trampın Konqresin dörd qadın qanunvericisi haqda "irqçi" açıqlamalarını kəskin şəkildə qınayan qətnaməyə səs verib.

240 lehinə, 187 əleyhinə səslə qəbul edilmiş qətnaməyə demokratlarla yanaşı, dörd respublikaçı qanunverici də səs verib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanunvericiləri "prezidentin irqçi tvitlərinin" qınanılmasında birlik göstərməyə çağırıb.

Nümayəndələr Palatasında azlıqda olan respublikaçılar onların partiyasına mənsub prezidenti qınayan qətnaməni rədd edib.

ABŞ prezidenti Donald Trampın bazar günü Twitter səhifəsində Demokrat Partiyasının dörd üzvü haqda açıqlamaları geniş reaksiyalara səbəb olub. Konqresdə ağ irqə mənsub olmayan dörd qadın qanunverici – İlhan Ömər, Aleksandriya Okazio-Kortes, Ayan Pressli və Rəşidə Tleybi tənqidlərə məruz qoyaraq, onlara "öz ölkələrinə qayıtmalarını" tövsiyə etdikdən sonra tənqidlərlə qarşılaşan Tramp öz mövqeyindən geri çəkilmir.

Qanunvericilərdən üçü Birləşmiş Ştatlarda doğulub. Minnesota ştatından olan dördüncü qadın qanunverici İlhan Ömər isə Somalidə anadan olsa da, Birləşmiş Ştatlara uşaq ikən gəlib və bu ölkənin vətəndaşıdır.

Qadın qanunvericilərin dördü də Trampın kəskin tənqidçisidir və onun impiçmentinə çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG