Accessibility links

Nümayəndələr Palatası Trampın vetosunun ləğvinə nail olmayıb


ABŞ Nümayəndələr Palatası çərşənbə günü prezident Donald Trampın ölkənin cənub sərhədində elan etdiyi milli fövqəladə vəziyyəti ləğv etməyə nail ola bilməyib. Bu, Trampın federal pullardan sərhəddə divarın inşası üçün istifadə etməyə davam etməsinə yol açır.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatasında prezidentin vetosunu aradan qaldırmaq üçün tələb olunan üçdə iki səs toplana bilməyib.

Tramp fövqəladə vəziyyəti fevral ayında elan edib və buna səbəb olaraq sərhəd təhlükəsizliyi və humanitar böhranı göstərib. Fövqəladə vəziyyətin elan olunması ona digər dövlət idarələrindən ABŞ-Meksika sərhədində divarın inşasına 3.6 milyard dollar ayırmağa imkan yaradır.

Həm demokratların nəzarət etdiyi Nümayəndələr Palatası, həm də respulikaçıların çoxluq təşkil etdiyi Senat prezidentin Konqresin əvəzinə büdcə ilə bağlı qərar verdiyini önə çəkərək onun bu addımını ləğv edən qanun layihəsini təsdiq edib.

Tramp isə onların qərarlarına veto tətbiq edib.

Bu, Trampın 2017-ci ildə vəzifəsinin icrasına başlayandan bəri ilk vetosu olub.

Bu arada ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan orduya ABŞ-Meksika sərhədində yeni divarın inşasına başlamaq üçün 1 milyard dollaradək hərbi fonddan pul xərcləmələrinə icazə verdiyini elan edib.

XS
SM
MD
LG