Accessibility links

Nümayəndələr Palatası Trampa qarşı impiçment maddələrini Senata göndərir


Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Trampa qarşı impiçment maddəsini imzalayır. 13 yanvar, 2021. Vaşinqton. ABŞ

ABŞ Nümayəndələr Palatası bazar ertəsi rəsmən impiçment maddələrini Senata göndərir. Bu maddələrdə sabiq Prezident Donald Tramp yanvarın əvvəllərində Kapitoliyə hücuma görə üsyana təhrikdə ittiham olunur.

Senatda məhkəmənin başlanması 8 fevrala təyin olunub. Bu tarix Demokratlar və Respublikaçılar arasında həm qanunvericilər, həm də Trampın vəkillərinə məhkəməyə hazırlaşmaq üçün əlavə vaxt vermək barədə razılıq əldə olunduqdan sonra müəyyən edilib.

Ekstra vaxt həm də Senata Prezident Co Baydenin kabinetə təyinatlarını təsdiqləməyə şərait yaradacaq.

Trampın məhkum edilməsi üçün Senatda üçdə iki çoxluğun razılığı tələb olunur. Hazırda Respublikaçılarla Demokratlar arasında 50:50 nisbətinə bölünmüş Senatda bütün Demokratların razılığı nəzərə alınmaqla əlavə olaraq 17 Respublikaçının öz partiyadaşları Trampın məhkum edilməsinə səs verməsi tələb olunur.

Əgər Senat Trampı məhkum edərsə, sadə səs çoxluğu ilə ona bir də yenidən federal ofis tutmaq qadağan oluna bilər.

Tramp tərəfdarları Kapitoliyə basqın edir. 6 yanvar, 2021. Vaşinqton, ABŞ.
Tramp tərəfdarları Kapitoliyə basqın edir. 6 yanvar, 2021. Vaşinqton, ABŞ.

Tramp artıq yeganə ABŞ prezidentidir ki, ölkənin 245 illik tarixində iki dəfə impiç olunub.

Nümayəndələr Palatası 2019-cu ilin sonlarında onu Ukrayna hökumətini siyasi rəqibi Co Baydenə qarşı kompromat xarakterli məlumat əldə etməyə təşviq etmək ittihamı ilə impiç etmişdi. Lakin ötən fevralda Senatda o, məhkum olunmamışdı.

Senatda Demokrat çoxluğun lideri Cak Şumer məhkəmənin vacibliyini vurğulayaraq onun sürətlə keçəyəni proqnozlaşdırıb.

“Hamı Amerika tarixindəki bu bədnam fəsli arxada qoymaq istəyir. Lakin onun palaz altına süpürülməsi bizə şəfqət gətirməyəcək,” Şumer deyib. “Şəfqət tapmağın yeganə yolu məhkəmənin bəxş edəcəyi əsl cavabdehlik gətirməkdir.”

Bir sıra Respublikaçı, o cümlədən Senat azlığının rəhbəri Mitç Makkonnell 6 yanvarda Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsini pisləmiş və Trampı tənqid etmişdi.

Demokrat rəqibinə seçkidə məğlubiyyətini qəbul etməyən Prezident Donald Tramp həmin gün öz tərəfdarlarını Kapitoliyə gedərək qanunvericilərin Co Baydenin seçki qələbəsini sertifikatlaşdırmaq üzərində debat apardığı vaxt onun uğrunda mübarizə aparmağa səsləmişdi.

XS
SM
MD
LG