Accessibility links

Nümayəndələr Palatasında demokratlar Müllerin hesabatının tam mətninin açıqlanmasına rəsmi çağırış edəcək


Nümayəndələr Komitəsinin Ədliyyə Komitəsinin sədri Cerrold Nadler
Nümayəndələr Komitəsinin Ədliyyə Komitəsinin sədri Cerrold Nadler

ABŞ Nümayəndələr Palatasının komitəsindəki demokratların əksəriyyəti bu həftə xüsusi prokuror Robert Müllerin 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı istintaqının hesabatının tam mətninin onlara təqdim edilməsini tələb edəcək və Ağ Evin keçmiş beş üzvünü komitə qarşısında ifadə verməyə çağıracaq.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsi təxminən 400 səhifəlik hesabatın və dəlillərin çərşənbə axşamınadək açıqlanmasına çağırıb.

Komitə həmçinin bir zamanlar Donald Trampın ən yaxın müşavirləri olan Ağ Evin strateqi Stiv Bannona, kommunikasiya rəhbəri Hop Hiksə, Trampın ilk aparat rəhbəri Reins Pribusa, Ağ Evin müşaviri Donald MakQana və MakQanın aparat rəhbəri An Donaldsona rəsmi çağırış göndərməyi planlaşdırır.

Bu beş rəsmi böyük ehtimalla Müllerin Trampın 22 aylıq təhqiqata mane olmağa çalışmaq məqsədilə ədaləti əngəlləyib-əngəlləmədiyinə dair istintaqında əsas şahidlər olublar.

Baş prokuror Uilyam Barr ötən həftə deyib ki, o, hesabatı, məxfi məlumatlar redaktə olunandan sonra, aprel ayının ortalarında ictimailəşdirəcək.

Barr Müllerin hesabatının dörd səhifəlik xülasəsini qanunvericilərə təqdim edib və onlara bildirib ki, xüsusi prokuror Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyinə, lakin Tramp və onun kampaniyasının qalib gəlmək üçün Moskva ilə əməkdaşlıq etmədiyinə dair nəticəyə gəlib.

Barr həmçinin yazıb ki, Müller Trampın ədaləti əngəlləyib-əngəlləmədiyinə dair heç bir nəticə çıxarmayıb. Lakin bazar ertəsi Tramp öz istintaqlarını davam etdirdiklərinə görə, müxalif demokrat qanunvericilərə qarşı yeni hücumlara başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG