Accessibility links

Nümayəndələr Palatasındakı Respublikaçıların Liz Çenini partiya rəhbərliyindəki vəzifəsindən çıxaracaqları gözlənilir


ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar nümayəndə Liz Çenini sabiq prezident Donald Trampın noybar ayında keçirilən seçkidə saxtakarlığın olduğuna dair iddiaları ilə bağlı tənqie etdiyinə görə partiya rəhbərliyindən çıxarmaq istəyirlər.

Kokusun çərşənbə günü sabiq vitse-prezident Dik Çeninin qızını Nümayəndələr Palatasının Respublikaçı Konfransının sədri vəzifəsindən çıxarmaq üzərində səs vermə keçirəcəkləri gözlənilir. Çeni Nümayəndələr Palatasında Respublikaçılar arasında üçüncü ən yüksək vəzifəsindədir və partiyanın mesajını ictimaiyyətə çatdırmaqdan məsuldur.

ABŞ-ın qərbində yerləşən Vayominq ştatından yeganə nümayəndə olan Çeni Prezident Trampın noybarda keçirilən seçkilərin həqiqi qalibinin Co Bayden deyil, onun olduğuna dair iddialarını sərt şəkildə qınayıb.

O, ilk dəfə yanvarın 6-da ABŞ Kapitolisində baş verən qiyamda roluna görə Trampın impiç olunmasının xeyrinə səs verdiyi zaman partiyanın qəzəbinə tuş gəlib. Yanvarın 6-da Trampın yüzlərlə tərəfdarı qanunvericilərin Baydenin seçkidə qələbəsini təsdiq etmələrinin qarşısını almaq məqsədilə Kapitoli binasına zorla daxil olmuşdular.

Çeni çərşənə axşamı Nümayədələr Palatasında çıxışı zamanı Trampın davamlı olaraq seçki nəticələrini qeyri-legitimləşdirmək səylərini “Amerikanın daha önxə şahid olmadığı təhlükə” kimi təsvir edib.

“Seçkini nəticələrini oğurlamaq məqsədilə Bu Kapitoli binasında zorakı hücumu təşviq edən sabiq prezident amerikalıları seçkinin ondan oğurlandığına inandırmaq üçün aqressiv səylərini davam etdirir.”

Sabiq mühafizəkar mövqeyini müdafiə edən Çeni deyib ki, “ən mühafizəkar prinsip qanunun aliliyinə hörmətdir.” O bildirib ki, “başqalarının partiyamızını qanun aliliyinə geridə qoyaraq sabiq prezidentin demokratiyamıza xələl gətirmək kampaniyasına qoşulmaq yoluna doğru aparmasına səssiz qalmayacağam.”

Çenini Trampın iddialarını dəstəkləyən Nyu York nümayəndəsi Elis Stefanikin əvəzləyəcəyi gözlənilir. Nümayəndələr Palatasının Respublikaçı lideri Kevin MakKarti bu yaxınlarda ABŞ-ın Fox News telekanalına müsahibəsində Stefanikə dəstəyini ifadə edib.

XS
SM
MD
LG