Accessibility links

Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilə qüvvəyə minir


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı son iyirmi ildən artıq müddətdə razılaşdırılan ilk nüvə tərksilahı aləti olan Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilənin cümə günü qüvvəyə minməsini alqışlayıb.

51 dövlət tərəfindən təsdiqlənən müqaviləyə əsasən tərəflər yurisdiksiyaları çərçivəsində bütün qurbanlara tibbi yardım, reabilitasiya və psixoloji dəstək kimi yardımlar həyata keçirilməsini öz üzərinə götürür. Müqaviləyə əsasən, tərəflər həmçinin nüvə istifadəsi və ya sınaqları nəticəsində çirklənmiş əraziləri təmizləməyə məcbur edilir.

"Nüvə partlayışlarından və nüvə sınaqlarından xilas olan şəxslər faciəvi ifadələr veriblər və onlar bu müqavilənin arxasında mənəvi qüvvə olublar", Quterreşin sözçüsü Stefan Dujarrik açıqladığı bəyanatda bildirib.

Açıqlamada həmçinin bildirilir ki, nüvə tərksilahı BMT-nin ən yüksək prioriteti olaraq qalır. Dünya ölkələrinin bu kimi silahların ləğvi üçün təcili tədbirlər görməsi və bunların istifadəsinin səbəb ola biləcəyi humanitar və ekoloji fəlakətlərin qarşısını almasısının vacibliyi ifadə edilir.

Açıqlamada bildirilir ki, baş katib bütün bütün dövlətləri "ümumi təhlükəsizlik və kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə dair bu öhdəliyi həyata keçirmək üçün birlikdə çalışmağa" çağırır.

“Bu gün bəşəriyyət üçün bir qələbədir. Bu müqavilə - 75 ildən artıq bir işin nəticəsidir - nüvə silahlarının mənəvi, humanitar və indi hüquqi baxımdan qəbuledilməz olduğuna dair açıq bir siqnal verir” - deyə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının birgə bəyanatında bildirib.

"Müqavilə hər birimizin qarşısında həqiqətən sadə bir sual qoyur: nüvə silahlarının qadağan olunmasını istəyirik, ya yox?", Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasının prezidenti Françesko Rokka bildirib. O həmçinin əlavə edib ki, "nüvə qadağası müqaviləsinin qüvvəyə minməsi səylərimizin sonu deyil, başlanğıcıdır".

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası nüvə gücləri də daxil olmaqla, dünya liderlərini “uzun müddətdir davam edən beynəlxalq öhdəliklər, xüsusən də Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləsi çərçivəsində” nüvə silahlarından azad bir dünyaya doğru yola çıxmağa çağırıb.

ABŞ və Rusiya da daxil olmaqla, dünyanın ən böyük nüvə gücləri müqaviləyə dəstək veməyib.

XS
SM
MD
LG