ABŞ-da həkimlər sayı minlərlə olan koronavirus xəstələrinin həyatlarını xilas etmək üçün bütün günü dayanmadan işləyir. Daim risk altında olmalarına və qoruyucu vasitələrin çatışmazlığı problemlərlə qarşılaşmalarına baxmayaraq, günümüzün qəhrəmanları olan tibb işçiləri işlərini davam etdirir. Minnesota ştatının Mayo klinikasının həkimi Elvis Fransua mahnı ifa etməklə həmkarlarında və onların müalicə etdiyi xəstələrdə ruh yüksəkliyi yaratmağa çalışır.
Doktor Elvis Fransua gözəl mahnılar ifa etməklə ümid və ilham verməyin yolunu tapıb.
“Mayo klinikasında demək olar hər yerdə piano var…Bəzən biz bir yerdə oturub musiqi ifa edirik. Çox vaxt pasiyentlər gəlib keçir və biz insanlar üçün musiqi ifa edirik Təəssüf ki, indi COVID-19 zamanı pasiyentlər ətrafda gəzmir. Amma bizim xəstəxanada növbə bitəndən sonra biz oturub musiqi ifa edirik.” Elvis Fransua bildirib.
Fransua beş illik internaturanı bitirir və artıq bir neçə ildir öz videolarını sosial mediada bölüşür.
Lakin Con Lennonun “Imagine” mahnısının ifası qədər heç bir mahnı bu qədər populyar olmamışdı.
“Bu, ilk dəfədir bir nəsildə hamımız bütün dünyanın bir problemlə qarşılaşdığını yadda saxlyacağıq. Və bu pandemiya elə bil fasilə düyməsinə basmaq kimidir, çünki bundan öncə dünyanın böyük hissəsi ölkələr, siyasətlər, irqlər - çox şeylərə bölünmüşdü. Bu, bizə hamımızın bir xalq olduğunu başa düşmək üçün bir imkan və bir xatırlatmadır. Biz bu işdə birlikdəyik.” Elvis Fransua deyir.
Mayo klinikasında ABŞ-ın başqa yerlərində olduğu kimi çox sayda koronavirus pasiyentləri müşahidə edilməsə də, Fransua klinikanın və onun özünün bütün vəziyyətlərə hazır olduğunu deyir.
“Başa düşürsən ki, kiməsə cərrahiyyə əməliyyatı, kiməsə dərmanla kömək etmək olar. Mən musiqinin dərmanın kömək edə bilmədiyi yerdə kömək etdiyini başa düşdüm. Dərman bədəni sağalda bilir, musiqi isə ruhu. Və mənim üçün şərəfdir ki, mən insanlara həm musiqi, həm də tibblə kömək edə bilərəm.” Elvis Fransua deyir.
Fransura dünyanın hər yerindən həkimlər və tibb işçilərindən onlara ümid verdiyinə və hər gün işdə gördükləri faciələrdən fikirlərini yayındıra bildiyinə görə təşəkkür məktubları aldığını deyir.