Accessibility links

Tennessi ştatında tornado azı 19 nəfərin ölümünə səbəb olub


Çərşənbə axşamı səhər saatlarında ABŞ-ın cənub-şərqi Tennessi ştatının Neşvil şəhərində və ətraf ərazilərdə baş verən güclü tornado ən azı 19 nəfərin ölümünə və böyük zərərə səbəb olub.

Nümayiş etdirilən videoda ara-sıra şimşəklə müşayiət olunan tornadonun şəhərin mərkəzindəki binaları dağıtdığını görmək olub. Fövqəladə hallar rəsmilərinin dediyinə görə, onlar Neşvil boyunca azı 40 tikilinin dağılması ilə bağlı məlumatlandırılıb.

Rəsmiər evlərindən çətinliklə çıxarılan sakinlər üçün bir neçə sığınacaq açıldığını, onlardan birinin də şəhərdən kənardakı bir fermer bazarı olduğunu bildirib. Çərşənbə axşamı şəhərin məktəbləri bağlanıb.

Tornado şəhərin mərkəzinə doğru irəliləyərkən Neşvilin qərbindəki kiçik bir hava limanındakı bir neçə anqarı da dağıdıb. Azı 2 nəfər Neşvildə ölüb.

Tornado əvvəlcə Neşvildən 160 kilometr qərbdə yerləşən kiçik Kamden şəhəri yaxınlığında bir nəfərin ölümünə səbəb olub. Qalanları isə burulğan paytaxtdan təqribən 140 kilometr şərqdə yerləşən kiçik Kukvil şəhərini dağıdarkən ölüb.

XS
SM
MD
LG