Accessibility links

Nə üçün insanlar konspirasiya nəzəriyyələrinə inanırlar?


Rəsmilər hələ də yanvarın 6-da ABŞ Kapitolisinə hücum edən qiyamçıların şəxsiyyətlərini müəyyən etməyə çalışırlar. Onların çoxu sabiq Prezident Donald Trampın 2020-ci il seçkisində qalib gəldiyinə, amma genişmiqyaslı seçki saxtakarlığında görə prezident seçilmədiyinə dair saxta konspirasiya nəzəriyyələrinə inanmışdılar.

İrvaynda yerləşən Kaliforniya Universitetinin psixoloji elm üzrə professoru Piter Dittonun sözlərinə görə, konspirasiya nəzəriyyələri adətən insanların nəyi isə doğru və ya yanlışa ayırmaları ilə nəticələnir və bu da onları daha öncə heç düşünmədikləri şeyləri etməyə sövq edə bilər.

“Məsələlərə mənəviyyat qatmaq insanları hərəkətə keçməyə təşviq edir. Əgər mən Amerikada seçkinin həqiqi qalibdən oğurlandığına inansa idim, çox güman ki, mən də Kapitoliyə hücum edərdim. Həqiqətən də belə olsaydı, bunu etməyi anlamaq olardı. Amma problem ondadır ki, belə bir şey olmadı.”

QAnon
QAnon

Emori Universitetinin Şəxsiyyət Jurnalında dərc olunan araşdırma nəticələrinə əsasən, konspirasiya nəzəriyyəsinə inanmaq ehtimalı yüksək olan insanlar daha az şeylə maraqlanırlar və onların yüksək təkəbbür, diqqət və heyranlığa ehtiyac kimi narsisistik cəhətləri, problemli münasibətləri olur, onlar başqalarına qarşı emptiya hissi sərgiləmirlər və özlərinə hörmətləri zəif olur.

Sietlda yerləşən Vaşinqton Universitetinin insanların qərar-vermə qabiliyyəti üzrə eksperti Nika Kabiri deyir ki, konspirasiya nəzəriyyələri potensial olaraq hər kəsi özünə cəlb edir. Amma bəziləri konspirasiya nəzəriyyələrinə digər insanlardan daha çox inanır.

"Biz hamımız qeyri-müəyyənlikdən nifrət etdiyimiz üçün konspirasiya nəziryyələtr bizi cəlb edir. Biz hadisələrin nə üçün baş verdiyini bilməməyi sevmirik. Bu, bizdə dünyanın nəzarətini itirdiyimizə dair bir hiss yaradır. İnsan beyninin bu izahatları axtarması təbii bir haldır,” o deyir.

Konspirasiya nəzəriyyəsi mühüm bir hadisənin güclü insanlar tərəfindən hazırlanmış gizli bir sui-qəsd planı olduğuna dair inancdır. Konspirasiya nəzəriyyəçiləri həm də ictimaiyyətdən böyük bir sirrin gizlədildiyinə inanırlar.

Kabiri deyir ki, məsələn rejissor və ya prezident kimi məşhur bir insan konspirasiya nəzəriyyəsini dilə gətirəndə bu konspirasiya nəzəriyyəsi çox sayda insan arasında yayılır.

“İnsanlar bu inanclara sadiq qalırlar, çünki onlar onsuzda narazıdırlar. Onlar onsuzda xöşbəxt deyillər. Onlar onlara qəribə gələn hər hansı vəziyyətə izah axtarırlar və bu konspirasiya nzəriyyəsi onların suallarını cavablandırır.”

Pandemiya kimi qeyri-müəyyənliyin hökm sürdüyü zamanlar konspirasiya nəzəriyyələrinin yayılmasını sürətləndirə bilər.

“Konspirasiya nəzəriyyələrindən tez təsirlənən insanlar daha çox indiki kimi təhlükə və ya narahatlıq hiss etdikləri, dünya indi kimi qarışıq və anlaşılmaz göründüyü və insanlar yalnız olduqları və başqaları ilə əlaqə qurmağa çalışdığı zaman bu nəzəriyyələrə inanırlar,” Ditto deyir.

Onun sözlərinə görə, insanlar adətən həyatlarını dəyişən hadisələrin sadə izahatlarını qəbul etmədikləri üçün, konspirasiya nəzəriyyələrinə inanırlar.

11 sentyabrla bağlı əsas konspirasiya nəzəriyyəsinə əsasən, Nyu Yorkdakı əkzi qüllələr təyyarələrin onlara çırpılması nəticəsində deyil, qəsdən dağıdılıblar.

Dünya Ticarət Mərkəzi
Dünya Ticarət Mərkəzi

COVID-19-la bağlı əsassız spekulyasiyaya əsasən isə, virus Çində laboratoriyada əmələ gəlib və mümkündür ki, bioloji bir silahdır.

Bir çox amerikalı Prezident Con F. Kennedinin adi bir silahlı şəxs tərəfindən öldürüldüyünə inanmaqda çətinlik çəkir. Ona görə də, prezidenti öldürmək üçün böyük sui-qəsdin hazırlandığına dair əsassız bir iddia var.

Emori Universitetinin tədqiqatçıları konspirasiya nəzəriyyələrinə inanan insanların tez yola gəlməyən və daha az vicdanlı insanlar olduğunu, eyni zamanda isə onlarda imtiyaz, üstünlük, depressiya və təşviş hissinin yüksək olduğunu bildirirlər.

“Sosial mediada və ya real həyatda çox yaxın bir icmanın içindəsinizə, həmin icmada bütün insanlar eyni şeylərə inanırsa, həmin şeyə inam daha böyük olur,” Kabiri deyir.

QAnon konspirasiya nəzəriyyəsinin tərəfdarları
QAnon konspirasiya nəzəriyyəsinin tərəfdarları

Ditto bildirir ki, milyonlarla illik təkamül insanları eyni-düşüncəli insanlarla qruplara bölünməyə vadar edir.

“Biz qəbilə kimiyik. Biz adətən özümüzə bənzər insanlara bağlanırıq. Dostluq etmək, əlaqə qurmaq, əməkdaşlıq etmək üçün nəzərdə tutulan yerlərdə sizə bənzəməyən və eyni dəyərlərə sahib olmayan insanların olması çox qeyri-adidir,” Ditto deyir.

“Amerika təcrübəsi bütün bu təkamül qüvvələrinə qarşı işləmək və insanları əməkdaşlıq edə biləcəkləri müsbət bir yola doğru istiqamətlənirmək cəhdidir. İnsanları bölmək daha asandır.”

XS
SM
MD
LG