Accessibility links

Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib


O, Azərbaycanın müstəqillik dövrünün ilk azad mediasının yaradıcısı kimi xatırlanıb

Dekabrın 16-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Azərbaycanın müstəqillik dövründə ilk müstəqil qəzeti, “Azadlıq” qəzetinin redaktoru Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib.

Tədbirdə jurnalistə həsr olunmuş filmlərdən fraqmentlər göstərilib, dostlarının xatirələri dinlənilib.

Nəcəf Nəcəfov xatirələrdə
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Nəcəf Nəcəfov xatirələrdə “Azərbaycanın azad jurnalistikasının vicdanı”, dövlət və ictimai xadim kimi qalıb.

“Nəcəf Nəcəfov Sovet dövründə kommunist rejiminə qarşı tənqidi məqalələrlə çıxış edərək ölkəyə azad medianın nəfəsini gətirən bir şəxsdir”, Nəcəf Nəcəfov Fondunun rəhbəri Şahin Hacıyev qeyd edib.

Bildirilib ki, yaxın günlərdə jurnalistin fəaliyyətinə həsr olunmuş daha bir filmin, "Vətəndaş Nəcəfov” filminin nümayişi olacaq.

Film "Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilib. Sənədli filmdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, eyni zamanda demokratik dövlətin yaradılması uğrunda mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşı mərhumu xatirələrlə yad edir, onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edilir.

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub.

Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib
Nəcəf Nəcəfovun xatirə gecəsi keçirilib

1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar qəzeti olub. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb. Nəcəf Nəcəfovun rəhbərlik etdiyi redaksiyanın prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib.

Həmin vaxtdan Nəcəf Nəcəfov siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin (AXC) təşəbbüs qrupuna daxil olub. Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) Nəcəf Nəcəfov AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə Nəcəf Nəcəfov prezident Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib.

1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü olub.

Sonrakı illərdə Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

1999-cu il dekabrın 17-də vəfat edib.

XS
SM
MD
LG