Accessibility links

15 nəfərdə koronavirus aşkar edilib


Koronovirus
Koronovirus

Martın 24-də Azərbaycanda 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah bildirir ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edir, səhhətləri stabildir.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.

“Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur,” Operativ Qərargah qeyd edir.

Bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girşr-çıxışa qadağa qoyulub. Bu regionda yaşayan əhali, yük avtomobilləri və xüsusi təyinatlı avtomobillər istisna olumaqla bütün nəqliyyat vasitələtinə və insanlara qadağa tətbiq edilir.

Ərzaq mağazaları və apteklər istisna olmaqla bütün ticarət mərkəzləri bağlanıb. 65 yaşından yuxarı insanlara evdən çıxmaq qadağan edilib. İnsanların qrup halında cəmləşməsi qadağandır. İctimai iaşə obyektləri saat 12-dən 15-dək açılır, qalan vaxtlarda isə evlərə yemək çatdırmaq olar.

XS
SM
MD
LG