Accessibility links

Bərə qəzasından sonra İraq valisi işindən kənarlaşdırılıb


İraq parlamenti 100 nəfərin ölümü ilə nəticələnən bərə qəzasından sonra valini işindən kənarlaşdırıb. Hadisə ölkədə ciddi kədər və qəzəbə yol açıb.

Fəciə Novruz bayramında analar və uşaqların Dəclə çayındakı Ümm ər-Rəbbeyn adasına piknikə getdiyi vaxt baş verib.

Baş nazir Adel Əbdel Mehdi parlamentdən şənbə günü Nineveh vilayətinin valisi Navfel Əkubu səhlənkarlıqda günahlandıraraq, onun işdən çıxarılmasını tələb edib.

İki millət vəkili milli assambleyada keçirilən səsvermədən sonra vəzifələrindən azad edilib.

Parlament ölənləri "şəhid" adlandıraraq, ailələrinə maddi yardım göstərilməsinə və onların məhkəmələrə müraciət etməsinə dair qərar qəbul edib.

Hadisə ilə bağlı 16 nəfər məsuliyyətə cəlb edilib. 63 nəfər hələ də itkindir.

Bərədən 55 nəfərini xilas etmək mümkün olub.

Ölənlərin əsasən kürdlər olduğu xəbər verilir. İraqda martın 21-də Novruzla yanaşı Analar günü də qeyd olunur.

Mosul universitetinin onlarla tələbəsinin keçirdiyi etiraz aksiyasında siyasətçilər korrupsiyada günahlandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG