Accessibility links

2020 başa çatır, bir çox yerdə Yeni il şənlikləri virus səbəbilə ləğv olunub


Yeni İl gecəsi əvvəlki illərdən çox fərqli qeyd olunur. Pandemiya səbəbilə bir çox məhdudiyyətlər tətbiq olunub və bir çox insan unutmaq istədiyi bir ili geridə qoyur.

Avstraliya 2021-ci ilə daxil olan ilk ölkə oldu. Keçən illərdə Sidney Liman Körpüsündəki atəşfəşanlığı izləmək üçün Sidney Limanına 1 milyon insan toplanırdı.

Lakin bu il limanın ətrafı hasarlanmış, parklar bağlanmış və məşhur gecə əyləncə məkanları boş qalıb. Ənənəvi olaraq saat 9-da keçirilən atəşfəşanlıq ləğv edilib, lakin saat 12-də yeddi dəqiqəlik pirotexnika şousu baş tutub. Liman Körpüsü və ətrafında isə atəşfəşanlıq olub.

Sidneyin mərkəzinə yalnız restoranda rezervasiyaları olan və ya mərkəzdə yaşayan insanların beş qonaqlarının daxil olmalarına icazə verilib.

Sidneyin The Daily Telegraph qəzetinin məlumatına görə, sahilyanı restoranların bəziləri adambaşına 1294 ABŞ dolları alır.

Avstraliyanın əhali baxımından ikinci ən böyük şəhəri olan Melburnda atəşfəşanlıqlar ləğv olunub.

Sidneydən iki saat qabaqda olan Yeni Zelandiyada COVID-19 halları olmadığı üçün Yeni İl şənlikləri hər zamankı kimi keçirilir.

Çində Çin Yeni İli yanvarın 1-də qeyd olunan Yeni ildən daha təntənəli şəkildə qeyd olunur. Lakin son illərdə Yeni il də Çində daha çox qeyd olunmağa başlasa da, bu il şənliklər daha səssiz keçir.

Pekində geri sayım mərasimi keçirilib və bu mərasimdə çox az sayda insan iştirak edib, bütün digər tədbirlər isə ləğv olunub. Gecə yarısı temperaturun selsi şkalasında 15 dərəcəyə düşməsi ilə daha çox insan gecə evdən çıxmamağa qərar verib.

Tayvanda isə ənənəvi Yeni il şənlikləri keçirilir. Orada şəhərin ikonik Taipei 101 qülləsində atəşfəşanlıq keçirilib. Bundan əlavə Yeni İl günü səhər Prezident idarəsinin binasının önündə bayraq mərasimi keçirilir.

Yaponiyanın böyük hissəsində insanlar 2021-I sakit şəkildə evlərində qarşılayırlar, çünki Tokioda koronavirusa yoluxma halları rekord 1300-ə çatıb.

Tokionun qubernatoru Yuriko Koike insanları geri sayım mərasimlərinə qatılmamağa çağırıb.

Bir çox insan bayramlarda ailələrini koronavirusa yoluxdurmaq riskini azaltmaq məqsədilə onların evlərinə getməməyə qərar verib.

Cənubi Koreyada Seulun icra hakimiyyəti 1953-cü ildən bəri hər il keçirilən zəngçalma mərasimini ləğv edib.

Adətən həmin mərasimdə saat 12-də böyük zəng çalınır və təxminən 100 000 insan tədbirdə iştirak edir.

Cənubi Koreyanın mərkəzi höküməti beş nəfərdən çox insanın bir arada gəlməsinə qadağa qoyub, xizək kurortlarını və başqa turist məkanlarını dekabrın 24-dən yanvarın 3-dək bağlayıb.

Yeni Dehli, Mumbay və Çennayda otel və barların axşam saat 11-də bağlanmalarına göstəriş verilib. Bu üç şəhərdə koronovirusa yoluxma halları çox yüksəkdir.

XS
SM
MD
LG