Accessibility links

"Nənələr karvanı" etiraz yürüşündə


"Nənələr karvanı" etiraz yürüşündə
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Nyu-York ştatından bir qrup qadın 6 günlük 6 şəhərə karvan turnesi təşkil edib. Nənələr ailələrindən ayrılan uşaqların valideynlərinə qaytarılmasını tələb edir. Yürüş yolu ilə onlar “əgər yaşlılar ölkə boyu yürüş təşkil edə bilirsə, siz də edə bilərsiniz” mesajı ilə yürüşə çıxıb.

Nyu-Yorkun Bekon şəhərindən qadınlar prezident Donald Trampın mühacirət siyasətinə etiraz etmək qərarına gəlib. Lakin onlar bü yürüşün ölkə boyu nənələr hərəkatına yol açacağını gözləmirdi. Onların ABŞ-Meksika sərhədinə yürüşü qəzəbin nəticəsidir.

Raçna Daryanani: “Onlar Amerikaya cənnət sorağında gəlir, lakin əsl cəhənnəmlə üzləşir. Belə ki, uşaqların harada olduğunu bilməməkdən ağır cəhənnəm yoxdur. Bu, dünyanın ən pis cəhənnəmidir.”

Amerikanın 2000-dən artıq mühacir uşağın Trampın sıfır tolerantlıq siyasətinə əsasən valideynlərindən ayrılması prosesindən bir ay ötür. Onların valideynlərinə qaytarılmasına qoyulan müddət başa çatsa da, hələ də çoxsaylı uşaq ailəsizdir. Rəsmilər bunu bəzi valideynlərin reyunifikasiyaya uyğun və ya mövcud olmadıqları ilə izah edir.

Nənələr mikroavtobuslarla bu sahildən o sahilə üz tutub 1960-cı illərdən sosail ədalət uğrunda mübariz aparan Ann Şatsel kimi digər iştirakçılar da.

“Mən fəallığın nə edə biləcəyini gözümlə görmüşəm. Lakin hazırkı hərəkatın gedişi məni narahat edir. Bunun bir hissəsi baş verənlərlə əlaqədardır. İnsanlar sanki təcrid olunublar. Və bu, hərəkatın dəyəri insan ləyaqətini özündə ehtiva etməsidir.”

Şatsel deyir ki, əgər bir şeyə inanırsınızsa, televiziya qarşında oturub və ya kiminləsə bunu müzakirə etməkdənsə, daha artıq iş görmək olar.

Nyu-York karvanının iştirakçıları fəallığın müxtəlif formaları olduğunu deyir.

Nənələr avqustun 6-da Texasda ABŞ-Meksika sərhədinə çatmalıdır. Təşkilatçılar bunu “24 saatlıq hərəkat” adlandırır.

XS
SM
MD
LG