Accessibility links

Nənənin resepti ilə dünyanı qidalandırmaq


Nənənin reçepti ilə dünyanı qidalandırmaq

Dünyadakı qaçqınlara ərzaq yardımı etmək üçün bir çox təşkilat kömək edir. Vaşinqtonda yaşayan bir şəxs də nənəsinin gizli falafel reseptindən istifadə edərək eyni missiyanı həyata keçirir.

Falafel Inc 2017-ci ildə tək bir restoranla fəaliyyətə başlayıb. Hazırda restoranın sahibi Əhməd Aşkarın dünyada ümumi olaraq 20-dən çox restoranı var. Restoranın uğuru isə xüsusi ailə reseptlərinə borcludur.

"Bütün bu reseptlər bir ticarət sirridir. Və hamısı mənim nənəm Tietanın reseptləridir" deyə Əhməd Aşkar bildirb.

Falafel Inc adi fast food restoranı deyil. Aşkarın yeməkxanaları ailəsinin reseptlərindən istifadə edərək, həm də qaçqınlar üçün yemək hazırlayır.

"Beləliklə Falafel Inc-dən alınan hər yeməklə biz kasıbları və acları doyurmağa kömək edirik. Fəaliyyətə başladığımız gündən iki yüz əlli mindən çox qaçqını qida ilə təmin etmişik. Bu o insanlardır ki qidalanmaq üçün heç bir şeyləri yoxdur." deyə o əlavə edib.

Paytaxt Vaşinqtondakı restoranda kassir olaraq işləyən İmed də daxil olmaqla Aşkar qaçqın və immiqrantları işə götürür. İmed Falafel restoranında işləməkdən qürur duyduğunu və özü kimi başqa digər qaçqınlara da kömək etmək niyyətində olduğunu söyləyir.

İmed bildirir ki, "Bu mağazada satın aldığınız hər bir yemək dünyanın müxtəlif yerlərində olan qaçqınlara kömək edir. Beləliklə, bunu etmək yaxşı bir işdir. Mən də bunu etmək istəyirəm və komandanın bir hissəsi olmaq istəyirəm."

Təzə hazırlanmış falafellər hər gün böyük izdihamı bura cəlb edir. Bəziləri buradakı xüsusi dadlardan zövq almaq, digərləri isə bu missiyanı dəstəkləmək üçün gəlir.

Restoranın müştərisi olan Rovan Hassan deyir ki, "Bura həqiqətən çox yaxşıdır. Mən zaatar ədvaları ilə qızardılmış kartofları məsləhət görürəm. Bunlar və həmçinin falafel çox dadlıdır. Mən bu dadlı yeməklərə görə bura gəlirəm."

Digər daimi müştəri David Steele isə bildiri ki, "Əgər buranın bu qədər böyük sosial məsuliyyəti olmasaydı yəqin ki, bura tez tez gəlməzdik. Onlar qaçqınların problemlərinə müxtəlif üsullarla vurğulayırlar. Gəlirlərinin böyük hissəsini onlara bağışlayırlar."

Hər bir Falafel Inc restoranının daxili görünüşü də qaçqınların hekayəsini izah etmək üçün diqqətlə hazırlanmışdır.

"Bütün Falafel Inc restoranlarımız qaçqın düşərgələrinə bənzər şəkildə hazırlanmışdır. Çünki dünyanın hər hansı bir qaçqın düşərgəsinə getsəniz orada falafel stendi ilə qarşılaşacaqsınız. Və bu stendlər 3 əsas komponentdən - alüminium, taxta lövhələr və eyni ilə bizim qovurduğumuz falafellərdən ibarətdir." deyə Əhməd Aşkar bildirb.

Aşkar ümid edir ki, gələcəkdə restoran şəbəkəsini daha da genişləndirərək, hər il bir milyon qaçqını qida ilə təmin edən qlobal bir icma yarada biləcək.

XS
SM
MD
LG