Accessibility links

Nəsimi Məmmədli: Avtoritar rejimlər, xüsusilə Rusiya Qazaxıstandakı durumdan narahatdır


Nəsimi Məmmədli

Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Qazaxıstandakı etirazlar və bu etirazların regiona, o cümlədən Azərbaycana təsirlərindən danışıb.

Nəsimi Məmmədli: Avtoritar rejimlər, xüsusilə Rusiya Qazaxıstandakı durumdan narahatdır
please wait

No media source currently available

0:00 0:04:39 0:00

Amerikanın Səsi: Qazaxıstanda baş verən hadisələrin siyasi səbəbləri varmı? Bir sıra ekspertlər hesab edir ki, bu sosial narazılıqlar Rusiyadan idarə edilə bilər.Nəsimi Məmmədli: Əslində Azərbaycan Qazaxıstanla eyni siyasi məkanı bölüşür. Hər ikisi postsovet ölkəsidir. Eyni zamanda, onların apardığı həm siyasi, həm də daxili iqtisadi siyasət bir-brirnə daha yaxın dövlət olduqlarını göstərir. Bu nöqteyi nəzərdən əlbəttə psixoloji təsirlər istisna deyil. Amma, birbaşa siyasi təsirlərin olacağını istisna edirəm.

Qazaxıstan siyasi sisteminin Orta Asiyada, o regionda mövcud olması açıq şəkildə Rusiyaya, konkret olaraq Putin administrasiyasına psixoloji təsir göstərir. Çünki oradakı sistem getdikcə daha çox azadlıqları təşviq edən sistemdir.

Nəsimi Məmmədli: Əslində Qazaxıstanda baş verən proseslər maye qazın qiymətinin artırlması ilə bağlı, yəni sosial tələblərlə başlasa da sonradan siyasi məzmun almağa başladı. Xüsusilə də nəzərə almalıyıq ki, bu Qazaxıstanın bütün bölgələrində özünü göstərir. Yəni, təkcə paytaxt şəhərlərində, böyük şəhərlərdə deyil, məsələn, Xəzər sahilindən başlayaraq Çin sərhədinə qədər, eyni zamanda Rusiyanın cənub-qərbində olan şəhərlərə qədər, Semipalatinskdə, bildirsiniz orada ruslar daha çox kompakt şəklində yaşayır. Hətta həmin ərazilərdə belə, kifayət qədər ciddi eirazlar davam edir. Yəni, bu Qazaxıstanı bürüyən ümumi mənzərə kimi xarakterizə olunur. Əlbəttə, burada xarici amillərin rolunu istisna etmək olmaz. Düzdür, proses sosialyönümlü başalayıb. Amma, nəyə görə, istisna etmirəm? Bununla bağlı müəyyən arqumentləri səsləndirmək istərdim. İlk növbədə bildirsiniz, Qazaxıstan rəsmi siyasətində daha çox Orta Asiyada qərbə yönəlik bir siyasət kursu yürüdən dövlətdir. Bu gün Qazaxıstanın orta və yuxarı məmur korpusunun demək olar ki, mütləq əksəriyyəti qərb təhsillidir. Eyni zamanda, Qazaxıstanda vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, iqtisadi azadlıqlar, mülkiyyət münasibətləri, məhkəmə sistemi digər Orta Asiya dövlətlərindən, eyni zamanda postsovet məkanında (Şərqi Avropadakı dövlətləri çıxmaq şərti ilə) xeyli dərəcədə öndədir.

Başqa bir tərəfdən, Qazaxıstan siyasi sisteminin Orta Asiyada, o regionda mövcud olması açıq şəkildə Rusiyaya, konkret olaraq Putin administrasiyasına psixoloji təsir göstərir. Çünki oradakı sistem getdikcə daha çox azadlıqları təşviq edən sistemdir. Diqqət etdinizsə, Aktobe şəhərində hətta polis nümayişçiləri həbs etməkdən imtina etdi. Rəsmi şəkildə bildirdi ki, biz nümayişçilərin hüquqlarına müdaxilə edə bilmərik. Yəni, vətəndaş cəmiyyəti institutlarının, bütövlükdə cəmiyyətin özünün iştirakçılığı baxımından vəziyyəti Azərbaycanla müqayisədə həddən artıq irəlidədir. Bu nöqteyi nəzərdən əlbəttə avtoritar və dikatatura rejimləri, xüsusilə Rusiyanın özü Qazaxıstandakı real vəziyyətdən xeyli dərəcədə narahatdır.

Amerikanın Səsi: Qazaxıstanda baş verənlər ətraf regionlara azad bazar prinsipi və demokratikləşmə gətirə bilərmi?

NATO-nun 2030-cu il hədəfləri ilə bağlı çox açıq bir tezis müəyyənləşdirilib. 2030-cu ilə qədər dünyada qlobal sabitlik üçün təhlükə olan avtoritar və diktatura rejimləri tarixin arxivinə qovuşmalıdır.

Nəsimi Məmmədli: Bu, bir qədər çətin məsələdir. Amma məsələni geopolitik olaraq müzakirə etsək, NATO-nun 2030-cu il hədəfləri ilə bağlı çox açıq bir tezis müəyyənləşdirilib. 2030-cu ilə qədər dünyada qlobal sabitlik üçün təhlükə olan avtoritar və diktatura rejimləri tarixin arxivinə qovuşmalıdır. Burada əlbəttə, birinci hədəf kimi Rusiya və İrandır. Amma bu təsirlər mütləq mənada, əgər gerçək iradə ortada olacaqsa, bütün avtoritar və diktatura rejimlərinin hökm sürdüyü bölgələrdə öz təsirini göstərəcək. Amma burada daha çox Azərbaycan kimi ölkələrdə xalqın özünün iştirakçılığından keçir. Biz sosial tələblərlə 2015-2016-cı illərdə etiraz aksiyaları keçirmişik. Amma nəticə nə olub? Azərbaycan hakimiyyəti bu məsələləri nəzarətdə saxlaya bilir. Məsələn, sosial etirazları çox asanlıqla lokallaşdırır və yatıra bilir. Kimisini döyür, kimisini həbs edir, kimisini mükafatlandırır. Belə parçalanma nəticəsində cəmiyyət bölünür. Bir də məsələn, Azərbaycanda həmkarlar təşkilatlarının, icmaların, müəyyən sosial kateqoriyadan olan qrupların olmaması, etirazaları daha çox müxalifətin təşkil etməsi kimi gündəmə gətirir. Müxalifətin isə bunu təşkil etməsi cəmiyyətdə nəinki hərəkətlilik yaradır, təəssüflər olsun ki, xeyli dərəcədə ətalət yaradır. Çünki cəmiyyət özü düşünür ki, onun yükünü çəkəcək bir qüvvə var. Bir sosial institut var, bir siyasi institut var. Özü durur kənarda. O nöqteyi-nəzərdən düşünürəm ki, bunun Azərbaycana təsirləri yalnız xalqımızın özünün iştirakçılıq mədəniyyətinin formalaşmasından, Azərbaycan hakimiyyətinin qanunlara hörmət etməsindən keçir. Biz bunu mütləq mənada qeyd etməliyik. Azərbaycanda bütün etirazlar çox sərt polis gücü ilə dağıdılır. Amm, Qazaxıstanda bunun şahidi olmadıq. Orada daha çox qanunlara istinad edərək aksiyaların dağıdılması məsələsi var. Amma bizdə deyir ki, nəyin bahasına olursa-olsun bu dağıdılmalıdır. Belə bir tendensiya var.

XS
SM
MD
LG