Accessibility links

Nəzarətdə olan televiziya azad ola bilərmi?


AzTV
AzTV

Azərbaycanda yerli teleziyalarda ictimai əhəmiyyətli müzakirələrə, xəbərlərə nə dərəcədə yer verilir? İnsanları maraqlandıran mövzular polemikaya çıxarılırmı?

"Fokus" Yaradıcı Gənclərin Kino Evinin layihə rəhbəri Əli İsa Cabbarov deyir ki, bu günlərdə onu dövlət büdcəsindən maliyyələşən AzTV-yə dəvət ediblər. Onun sözlərinə görə, aparıcı qonaqları müstəqil fikirlərini səsləndirməyə, yeri gələndə tənqid etməyə imkan yaradıb. Sonda isə veriliş heç bir senzura olunmadan, olduğu kimi efirə gedib:

Söhbət müstəqil mövqeyi ilə seçilən ekspertlərdən gedir. Təbii, bu o demək deyil ki, qapılar taybatay açılıb.

“Kinoların prokatı, hansı filmlər istehsala buraxılmalıdır, dövlətin bu sahəyə ayırdığı vəsait nə qədər səmərəli xərclənir bu istiqamətdə müzakirələr getdi. Ən maraqlısı da o idi ki, aparıcının özü mövzunu tam aça bilmək, problemi göstərə bilmək üçün açıq və tənqidi fikirə dəvət edirdi.”

Əli İsa Cabbarov deyir ki, son zamanlar bütün televiziyalarda olmasa da, bəzilərində sosial problemləri də ehtiyatla müzakirəyə çıxarmağa cəhdlər var.

Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də deyir ki, son 6 ayda yerli televiziyalarda bu fərqi sezə bilir. O bildirir ki, özəlliklə, ictimai televiziyada fərq hiss olunur, əvvəllər “qara siyahı”da olan müstəqil ekspertlər də proqramlara çağırılır, müzakirələr aparılır:

“Söhbət müstəqil mövqeyi ilə seçilən ekspertlərdən gedir. Təbii, bu o demək deyil ki, qapılar taybatay açılıb. Amma proseslərin gedişində müsbət çalarlar sezilir”.

Ən çox fərqlər olduğu bildirilən İctimai TV və AzTV-nin rəhbərliyi yeni dəyişib. Sentyabrın 4-də prezident İlham Əliyev Rövşən Məmmədovu AzTV-yə sədr təyin edib. Rövşən Məmmədov 2019-cu ilin yanvarından bu vəzifəni icra edirdi.

2018-ci ilin iyununda isə Balakişi Qasımov İctimai Televiziyaya yeni baş direktor seçilib. Yeni sədr seçildiyi gün Balakişi Qasımov AzadlıqRadiosuna qısaca demişdi ki, televiziyada çoxlu yeniliklər olacaq.

Arif Əliyev
Arif Əliyev

Amma Arif Əliyev tezliklə ciddi dəyişiklər olacağını gözləmir. Onun fikrincə, hökumət televiziyalara yaşıl işıq yandırsa belə indiyə kimi yaradılan məhdudiyyətlər, ümumilikdə peşəkarlığı məhv edib. Həm jurnalistlərin, həm də televiziyalarda peşəkarlığı bərpa etməyə isə uzun zaman lazım gələcək.

Arif Əliyevin fikrincə, indi durum o yerə çatıb ki, hökumət özü belə televiziyalardan verdiyi imkanlardan yararlana, təbliğat apara bilmir. Ona görə də televiziyalara az da olsa, müstəqillik verməyə məcbur qalıb.

Media eksperti Ələsgər Məmmədli bu məsələdə, özəlliklə, ictimai teleziyanın öhdəliklərindən danışmağı daha doğru hesab edir. İTV Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olduqdan sonra yaradılıb. İctimai televiziyanın nizamnaməsinə görə bu kanal əhalinin ümumi maraqlarını əhatə edən proqramlar hazırlamalı, ölkədə və dünyada baş verən mühüm hadisələri işıqlandırmalı, vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun təmin etməlidir.

Bəs ictimai televiziya bu öhdəliklərinə nə dərəcədə əməl edə bilir?

Sentyabrın 30-da İctimai Televiziyanın Facebook-dakı hesabında paylaşılan videolardan biri yol polisləri, digəri isə pensiyalarla bağlıdır.

Məsələn, yol polisi ilə bağlı hazırlanan reportajda bütün tərəflərin fikrinə yer verilir, hətta polis tənqid belə olunur. Amma oktyabr ayından pensiyaların 200 manat olması ilə bağlı reportajda isə demək olar ki, tənqid və ya pensiyanın az olması haqda fikir yoxdur.

Media eksperti Ələsgər Məmmədli hesab edir ki, televiziyalarda gedən son proseslər sadəcə olaraq, imitasiyadır. Onun sözlərinə görə, balanslı informasiya, bütün siyasi tərəflərə imkan kimi ictimai yayım proqramlarına verilən tələblərə tam əməl olunmur:

“Sadəcə imitasiya üçün bəzi insanları efirə buraxır. Amma siyasətdə olanları biz efirdə, müzakirələrdə görə bilmirik”.

AzadlıqRadiosu müzakirələrimizi sadə vətəndaşların fikriləri ilə davam edib. Bakı küçələrində rastımıza çıxan bir neçə sakindən İctimai televiziyada hansı proqramları izlədiklərini soruşmuşuq. AzadlıqRadiosu Bakı sakinlərinin də firkilərini öyrənib:

Media tənqidçilərinin fikrincə, Azərbaycanda nəinki ictimai televeziya, digər özəl kanallar, eləcə də mətbuat hakimiyyətin nəzarətindədir, ona görə də ictimaiyyəti maraqlandıran əsas və önəmli məlumlatların yayımlanmır.

“Sərhədsiz Reportyorlar” təşkilatı aprel ayında mətbuat azadlığı ilə bağlı indeks açıqlayıb. Azərbaycan 180 ölkə içində 166-cı yerdə göstərilib. Hakimiyyət təmsilçiləri isə adətən bu tənqidləri rədd edir. Ölkədə medianın azad olduğunu bildirirlər.

(c) AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG