Accessibility links

Nağılları yaşadan oyuncaq


Nağılları yaşadan oyuncaq
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Yaşadığımız mühit, ətrafımızdakı texnologiya valideynlərin uşaqlarına nağıl danışmasını tərgitməsinə səbəb olur. Bir çox mədəniyyət bunun nəticəsində folklorun itəcəyindən narahatdır. Nigeriyalı ixtiraçı isə bunun qarşısının almağın yolunu tapıb.

“Kənddə bir kişi yaşayırdı. Onun iki arvadı və iki qızı var idi...”

Dünyanın hər bir yanında, demək olar ki, hər bir mədəniyyətdə hekayələr bir nəsildən digər nəsilə nağıllarla ötürülüb.

Lakin bu gün, bizim multimediaya bağlı olan dünyamızda bu cür nağıllar getdikcə azalır.

Belə bir məqam müdrik meymun – Tiva köməyə gəlir.

Tiva ixtiraçı Tola Akanbi tərəfindən hazırlanıb. O deyir ki, nigeriyalılar folkloru, şifahi ədəbiyyatı itirirlər.

Tola Akanbi, My Roots oyuncaq şirkəti: “Artıq heç kim uşaqlarına nağıl danışmır. Tiva bunu bərpa etməyə yardımçı olur. Tivanın danışdığı hekayələr əxlaqı, yaxşı davranışı, nə üçün xəsis olmamalı olduğunu, çox çalışmağın faydasını, valideynlərin sözlərinə baxmağı öyrədir. Bu cür hekayələr uşaqlara faydalıdır.”

Damilola Afolayan, 8 yaş: “Mənim ən sevimli nağılım balıqçı və onun xəsis arvadı haqqındadır. Hekayədə üç arzunu yerinə yetirən balıq var. Arvad isə həmişə daha çox istəyir. Bu nağıl mənə əlimizdə olanlara dəyər verməyi öyrədir.”

Tiva 30 folklor nağılını ingilis dilində musiqi ilə birlikdə danışır.

Laqos Universitetinin tamaşa sənətləri üzrə mühazirəçi Tunci Sotimirin deyir ki, Tivanın bir neçə mədəniyyəti birləşdirmək potensialı var.

Tunci Sotimirin, Laqos Universitetinin tamaşa sənətləri üzrə mühazirəçi: “Gördüyüm odur ki, bu cür yanaşma müxtəlif irqlərin və mədəniyyətlərin xoşuna gəlir. Afrika qəbilələrin hekayələrini danışan Tiva qərb mədəniyyətində populyar olan oyuncaq ayıdır. Bu çox maraqlı bir birlikdir.”

Nigeriyada bu cür oyuncağın istehsalı baha başa gəldiyindən, Tiva Çində hazırlanır və Nigeriyaya idxal edilir. Akanbi ümid edir ki, növbəti sifariş nağıl danışan gəlinciklərdən ibarət olacaq. Bununla bərabər, hekayələri digər dillərə də tərcüməsi nəzərdə tutulur.

XS
SM
MD
LG