Accessibility links

Nadya Savçenkonun məhkəməsi başlayıb


O, Ukraynanın Rusiyaya müqavimətinin simvoluna çevrilib

Ötən il müharibənin getdiyi şərqi Ukraynada iki rusiyalı jurnalistin ölümündə təqsirləndirilən ukraynalı helikopter pilotu ona qarşı sürülən ittihamları rəsmi şəkildə rədd edib və məhkəmə işini “cəfəngiyyat” adlandırıb.

Çərşənbə axşamı pilot Nadya Savçenko Rusiyanın cənub-qərbində keçirilən açılış məhkəməsi zamanı məhkəmə zalında şüşə qəfəsin içindən danışıb.

“Mən bir daha bildirmək istərdim ki, mənim jurnalistlərin qətli ilə heç bir əlaqəm yoxdur. Mən Rusiyanın xüsusi xidməti tərəfindən oğurlanıb, buraya gətirilmişəm. Mənim Rusiya məhkəməsinə və ya Rusiya ədalətinə inanmaq üçün bir səbəbim belə yoxdur,” deyə Savçenko bildirib.

Nadya Savçenko Ukraynanın ölkənin şərqində Rusiyaya müqavimətinin simvoluna çevrilib. Orada Moskvapərəst separatçılar 2014-cü ilin aprel ayında Kiyev hökümətinə qarşı qiyam başladıblar.

İttiham olunsa Savçenkonu 25 il müddətinə həbs cəzası gözləyir. O, quru qüvvələrə jurnalistləri minomyotla hədəf almağa yardım etmək məqsədilə jurnalistlərin koordinatlarını müəyyən etməkdə təqsirləndirilir.

Çərşənbə günü keçirilən məhkəmə prosesində Avropa İttifaqının üç nümayəndəsi, habelə Savçenkonun bacısı iştirak edib.

Birləşmiş Ştatlar Savçenkonun həbsini Moskvanın Kiyev höküməti ilə qarşıdurmada girov kimi istifadə olunması hesab etdiyini bildirərək onun azad edilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG