Accessibility links

Naqasakiyə atom bombasının atılmasının 71-ci ildönümü qeyd edilir


Yaponiyanın Naqasaki şəhərində Birləşmiş Ştatların II Dünya Müharibəsinin sona çatması ilə nəticələnmiş atom bombası atmasının 71-ci ildönümü qeyd edili.

Şəhər zəngləri minlərlə insanın toplaşdığı Sülh Parkında Amerikanın B-29 bombardmançı təyyarəsinin "Fat Man" adlandırılan atom bombasını Naqasaki vaxtilə səhər saat 11:02-də şəhərə saldığı vaxt çalmağa başlayıb. O vaxt 70 min insan dərhal ölmüş, radiasiyadan zəhərlənən minlərlə insan isə aylar və hətta illərdən sonra dünyasını dəyişmişdir.

Mərasimdə 1945-ci il, avqustun 9-da sağ qalanlar, nüvə istehsal edən bir neçə ölkə də daxil edilməklə, 50-dən çox ölkənin nümayəndəsi iştirak edib.

Naqasakinin meri Tomihisa Tau dünya liderlərinə müraciət edərək, nüvə silahlarının daimi olaraq aradan qaldırılması üçün birgə işləməyə çağırıb və onları nüvə fəlakətinin real nəticələrini görmək üçün Naqasaki şəhərinə səfər etməyə səsləyib. O həmçinin prezident Obamanın bu ilin may ayında Hiroşimaya səfərini də buna misal göstərib.

Barak Obama Naqasakidən 3 gün öncə hücuma məruz qalmış Hiroşima şəhərini ziyarət edən ilk ABŞ prezidenti olaraq tarixə düşüb.

XS
SM
MD
LG