Accessibility links

Namizəd Səfərov: Azərbaycanda insan hüquqlarının vəziyyəti acınacaqlıdır


Namizəd Səfərov

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorunun Amerikanın Səsinə müsahibəsi

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının durumundan danışıb.

Amerikanın Səsi: Human Rights Watch (HRW) təşkilatı dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatını yayıb. Hesabatda bildirilir ki, Azərbnaycanda insan hüquqlarının vəziyyəti getdikcə pisləşməkdədir. Siz necə hesab edirsiniz?

Vəkillərə insanların pozulmuş hüquqlarını müdafiə etməyə imkan verilmirsə deməli vəziyyət doğrudan da acınacaqlı durumdadır.

Namizəd Səfərov: Mən də hesab edirəm ki, həqiqətən ölkədə insan hüquqlarının vəziyyəti nəinki qənaətbəxş deyil, həm də təhlükəli bir həddədir. Human Rights Watch təşkilatının hesabatlarında son bir neçə ildə, biz, daim rast gəlirik ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti beynəlxalq hüquq müdafiə təşkilatlarının narahatçılığna səbəb olur. Həqiqətən də Azərbaycanda insan hüquqlarının vəziyyətini biz azərbaycanlılar yəqin ki, dünyanın başqa ölkələrində yaşayanlardan, insan hüquqları ilə məşğul olan təşkilatlardan daha yaxşı bilirirk. Bu günki gün Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına münasibəti nəzərdən keçirsək, bir daha əmin olarıq ki, vəziyyət olduqca acınacaqlıdır. Son bir neçə ildə insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının hamısı repressiyalara məruz qalır. Əgər vəkillərə insanların pozulmuş hüquqlarını müdafiə etməyə imkan verilmirsə deməli vəziyyət doğrudan da acınacaqlı durumdadır. Gəlin, bu gün ölkədə həm məhkəmə orqanlarının, həm istintaq orqanlarının vəziyyətinə nəzər salaq. Məhkəmədə müttəhimlər kürsüsündə oturan şəxslərin saxlanıldığı şərait, onların məhkəmələrdə dəmir barmaqlıqlar arxasında saxlanmasından əlavə olaraq, şüşə akvariumlara salınması Azərbaycanda artıq təcrübədən çıxarılır. Bu, yalnız bir məqsəd güdür ki, hüquqları pozulan insanların öz səslərini dünya ictimaiyyətinə, Azərbaycan ictimaiyyətinə çatdırlılmasının qarşısı alınsın. Bu yaxınlarda, Hüseyn Abdullayevin (Milli Məclsisin keçmiş deputatı-red) işinə apellyasiya məhkəməsində baxılarkən ona danışmaq imkanı belə verilməyib. Təsəvvür edin, müttəhimin məhkəmədə söz demək, danışmaq hüququ ən ümdə hüquqlardan biridir. Əgər Azərbaycanda buna da imkan verilmirsə, deməli vətəndaşların, müttəhimlərin hüquqları ən kobud surətdə pozulur. Mən tam razıyam ki, Azərbaycandakı vəziyyət Human Rights Watch təşkilatının o qədər böyük narahatçılığına səbəb olub ki, hesabatlarında bunu xüsusi olaraq qeyd ediblər.

Namizəd Səfərov: Azərbaycanda insan hüquqlarının vəziyyəti acınacaqlıdır
please wait

No media source currently available

0:00 0:05:36 0:00

Amerikanın Səsi: Siz Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorusunuz. Ölkədə işgəncə və repressiya ilə bağlı vəziyyət necədir?

Bəlkə də faşizm insanlara qarşı belə amansız tədbirlər həyata keçirməyib.

Namizəd Səfərov: Son illər Azərbaycanda bir neçə səs-küylü cinayət işlərinin istintaqı aparılıb. Bura Nardaran hadisələri, “Eurovision məhbusları”, “Gəncə işi” və nəhayət “Tərtər işi” daxildir. “Tərtər işi” hərbiçilərlə bağlı işdir. Bu iş üzrə istintaq orqanı minə yaxın hərbiçini dindirib. Onlara tətbiq edilən fiziki zorakılıq və işgəncələrin səviyyəsini nəzərdən keçirərkən, onlarla bağlı cinayət işlərinin səhifələrini vərəqləyərkən, elə hadisələrə rast gəlinir ki, mən hesab edirəm ki, bəlkə də faşizm insanlara qarşı belə amansız tədbirlər həyata keçirməyib. Bu gün 21-ci əsrin astanasında Azərbaycanda istintaq və məhkəmə prosesləri zamanı vətəndaşlara, dindirilən şəxslərə, müttəhimlərə qarşı tətbiq edilən zorakılıq yolverilməzdir. Bunun qarşısı alınmalıdır. Əgər bunun qarşısını ala bilməsək sonluğu çox faciəvi nəticələnə bilər.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? Ölkədə insan hüquqlarının vəziyyətini daha da yaxşılaşdırmaq üçün hökumət hansı addımlar atmalıdır?

Son iyirmi ildə ölkədəki insan hüquqlarının acınacaqlı vəziyəti olduğu kimi qalmaqda davam edir. İrəliyə doğru heç bir müsbət addım atıldığını görmürəm.

Namizəd Səfərov: Hal-hazırda cəmiyyətdə belə tendensiya təbliğ olunur ki, guya hansısa hüquqi islahatlar keçirilir. Şəxsən mən, hüquqşünas olaraq bu hüquqi islahatların zərrə qədər də izini görmürəm. Yalnız ayrı-ayrı vəzifəli şəxslərin hüquqşünasların və yaxud yaşlı hakimlərin bir neçəsinin işdən azad edilməsini aparılan hüquqi islahat kimi qələmə verməyə çalışırlar. Bu vəziyyətin qarşısının alınmasının yeganə yolu kimi hakimiyyətin siaysi iradəsinə daha çox ümid bəsləyirəm. Lakin hadisələrin gedişi göstərir ki, nə hakimiyyət, nə də dövlət başçısı hələ bu sahədə heç bir real addımlar atmaq fikrində deyil. Son iyirmi ildə ölkədəki insan hüquqlarının acınacaqlı vəziyəti olduğu kimi qalmaqda davam edir. İrəliyə doğru heç bir müsbət addım atıldığını görmürəm. Vəziyyətdən çıxış yolları da mənə qaranlıq olaraq qalır.

Qeyd: Bu hüquq müdafiəçisi Namizəd Səfərovun fikirləridir.

Azərbaycan hökuməti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, hər hansı işgəncənin tətbiq edilmədiyini, repressiyaların olmadığını bildirir. Rəsmi Bakı fundamental hüquların tam bərpa edildiyini, insanların fikrilərinə görə təqib olunmadığını bəyan edir.

Bununla yanaşı hüquq müdafiəçiləri 120-dən çox şəxsi siyasi məhbus kimi tanıyıb. Amnesty İnernational təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG