Accessibility links

İki uşağı qətlə yetirən dayənin məhkəməsi başlayıb


Nyu-Yorkun lüks mənzilində iki uşağı bıçaqlayaraq, qətlə yetirən dayə Yosalin Orteqanın məhkəmə işi başlayıb. Məhkəmənin ilk günü çıxış edən prokurorun dediyinə görə, Orteqa uşaqları özü heç vaxt ana ola bilmədiyinə və bu səbəbdən uşaqların anasına qəzəbli olduğuna görə qətlə yetirib.

Orteqanın vəkili münsiflər heyətinə qadının uşaqları əqli problemi olduğuna görə öldürdüyünü və bu səbəbdən günahkar sayıla bilmədiyini deyib. Onun sözlərinə görə, Orteqanın 6 yaşlı Lusia Krim və onun 2 yaşlı qardaşı Leonu öldürmək məramı olmayıb.

55 yaşlı Yosalin Orteqa iki maddə üzrə ittiham edilir. Onlardan biri qəsdən adam öldürmədir ki, bu cunayət işi “Ailənin kabusu” başlığı ilə dərc edilir.

Uşaqların anası Marina Krim Yuxarı Manhettandakı mənzilinə döndükdə övladlarının cəsədlərini vannada qanın içərisində, Orteqanı isə əlindəki bıçağı öz bağızına dayamış halda onların yanında görüb.

Marina Krim məhkəməyə şahid qismində çağırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG