Accessibility links

Əfqanıstanda yerli İslam Dövləti qrupu əsgərlərə hücum edib


Əfqanıstanda yerli İslam Dövləti qrupu əsgərlərə hücum edib. Nəticədə 17 əsgər həyatını itirib.

Hadisə Nanqarhar vilayətinin Dih Bala bölgəsində baş verib. Bu bölgədə əfgan qüvvələri Amerikanın havadan yardımı ilə İŞİD-ə qrşı əks-hücumlar həyata keçirir.

Vilayətin təhlükəsizlik qüvvələri İŞİD yaraqlılarının Əfqanıstanın Milli Ordu keçid məntəqlərini 3 istiqəmətdən mühasirəyə aldığını bildirib. Daha sonra bir neçə saat qızğın döyüşlər gedib.

8 yaraqlı öldürülüb, 12 yaraqlı yaralanıb.

Pakistanla sərhəddə yerləşən Nanqarharın bir neşə bölgəsində İŞİD bazalar salıb.

Maşının yola yerləşdirilmiş bombaya tuş gəlməsi ilə məktəbdən qayıdan 8 uşaq həyatını itirib. Uşaqlar arasında ölüm halları 24 faiz artıb.

XS
SM
MD
LG