Accessibility links

Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub


Əfqanıstanın cənub-şərqində yerləşən Nanqarhar vilayətində cümə günü yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində ən azı 5 mülki şəxs həlak olub, 10 nəfərdən çoxu xəsarət alıb.

Yerli rəsmilərin Amerikanın Səsinə verdiyi məlumata görə, partlayış vilayət paytaxtı Cəlalabaddan Haska Mina ərazisinə səyahət edən sərnişin avtobusunun həmin yoldan keçən zaman baş verib.

Rəsmilər əlavə edirlər ki, xəsarət alanlar arasında dörd uşaq və iki qadın var. Hücum Xataki adlı ucqar kənd ərazisində baş verib. Bu kənd Əfqanıstan hökümətinin nəzarəti altında deyil.

Hələlik heç kəs partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

İslam Dövlətinin Əfqanıstan qolu ilə bağlantıları olan Taliban üsyançıları və militantlar Nangarhar vilayətinin Haska Mina və digər ərazilərində yerləşib. Bu ərazi Pakistanla sərhəddə yerləşir.

Birləşmiş Ştatların məlumatına görə, münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı bu il rekord sayda artıb.

BMT-nin Əfqanıstana Dəstək Missiyasının sənədlərinə əsasən, bu ilin ilk üç ayında münaqişə nəticəsində 2,260 mülki şəxsə zərər dəyib. Onlardan 700-dən çoxu həyatlarını itirib.

Keçən il isə münaqişə zamanı 10,000 insan xəsarət alıb və onlardan 3,500-ü həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG