Accessibility links

Naqasakinin bombalanmasından 74 il keçir


Naqasakidə şəhərə bomba atılmasının 74-cü ildönümü səbəbilə ölənlərin xatirələri anılıb. Yaponiyanın baş naziri Şinzo Abe “nüvə silahları olmayan dünyaya” çağırış edib.

Atom bombası hücumundan sağ çıxanlar, onların qohumları və digər iştirakçılar ölənlərin xatirələrini bombanın atıldığı saatda, yəni səhər saat 11:02-də bir dəqiqəlik sükut ilə anıblar.

Naqasakiyə atılan bomba ABŞ-ın Yaponiyaya atdığı ikinci atom bombası idi. Bu bomba hücumu nəticəsində 70 min insan həlak olub. Birinci bomba Naqasakidən iki gün öncə Hiroşimaya atılıb, 140 min insanın ölümü ilə nəticələnmişdi.

Abe deyib ki, nüvə silahlarının səbəb olduğu Naqasaki və Hiroşima faciələri bir daha heç vaxt təkrarlanmamalıdır.

XS
SM
MD
LG