Accessibility links

Narazı insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirib


Cümə günü 50-yə yaxın insan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiya keçirib. Onlar əlilliyə görə pensiyadan məhrum edilmələrinə etiraz ediblər və işlə təmin olunmalarını tələb ediblər.

"Ya mənim əlillik pensiyamı bərpa etsinlər, ya da işlə təmin etsinlər. Artıq 11 aydır ki, məni pensiyadan məhrum ediblər. Necə yaşamaq olar?"- aksiya iştirakçılarından biri sual edib.

Digər etirazçı deyib ki, uşağı doğuşdan əlildir, ancaq 18 yaşına çatdıqdan sonra onu pensiyadan məhrum ediblər.

Etirazçılar hakimiyyətin siyasətini tənqid edərək "ədalətli idarəetmə sisteminin olmadığını", "vətəndaşların hüquqlarının pozulduğunu" və "özbaşınalığın hökm sürdüyünü” bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etirazçıların nümayəndələrini qəbul etsələr də, onlar görüşün nəticələrindən narazı qalıblar, belə ki, problemlərin həlli ilə bağlı onlara zəmanət verməyiblər.

“Dəfələrlə qəbulda olmuşam. Nazirlik bizi digər quruma yönəldir. Həmin qurumlar da deyir problem nazilikdir. Qalmışıq hökumət idarələrinin qəbulunda, Problemimiz də həll olunmur,” qəbuldan sonra etirazçılardan biri deyib.

Polis etirazçıların nazirliyin binası qarşısından digər yerlərdə şüar səsləndirməsinə imkan verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG