Accessibility links

“Nardaran işi” məhkəməsi davam edib


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illüstrasiyası

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası şahid ifadələri ilə davam edib.

Prosesdə hakim Əlövsət Abbasov ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkillərdən imtinası ilə bağlı bildirib ki, vəkillərdən imtina etmək üçün heç bir səbəb göstərilmədiyinə görə məhkəmə prosesi həmin vəkillərlə davam edir.

Daha sonra vəkil Yalçın İmanov vəsatətlər verməyə başlayıb.

“Bizim vəsatətlərimizdən biri Ramil Usubovun şahid qismində iştirak etməsidir. R.Usubov televiziyada bildirib ki, 23 dəfə Nardaranda polislərlə toqquşma baş verib. Daha sonra deyib ki, 2 nəfər polislə birlikdə, 5 nəfər də həlak olub. Biz 4 nəfəri bilirik. 5-ci şəxsin cinayət işində adı yoxdur. Bundan sonra deyir ki, Nardarandakı əməliyyat İlham Əliyevin tapşırığı ilə olub”.

Bundan sonra təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə çıxış edib.

O, çıxışı zamanı bildirib ki, “2005-də “Qara kəmər”əməliyyatı olanda bir çeçeni buraxmışdılar. Ramil Usubov rahat şəkildə dedi ki, Heydər Əliyevin göstərişi əsasında azad etmişik. İndi isə deyir ki, İlham Əliyevin əmri ilə Nardaranda əməliyyat keçirilib. Bu adam açıq-aşkar deyir ki, bu cinayəti bizə İlham Əliyev əmr verib. Əgər İ.Əliyevin bu prosesdən xəbəri varsa, cinayətə şərikdir. Yox, əgər xəbəri yoxdursa, bəs niyə prezidentdir?”

Vəkil Yalçın İmanov vəsatətlər verməyə davam edib. Vəkil əlavə şahid kimi Daxili İşlər Nazirliyininhospitalındakı həkim Ramiz Əhmədov və 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Fikrət Zeynalovun dindirilməsini istəyib.

“Cinayət işinin materiallarından bəllidir ki, Nardaranda yaralananlar o xəstəxanaya aparılıblar və ölüblər. Əlavə sahid kimi ona görə gəlsinlər ki, gəlib burada ölüm tarixini, cəsədin kimə verildiyini, niyə ölən şəxslərin cəsədlərinin 9 gün sonra geri qaytarıldığını və s. bu kimi suallarımıza cavab versinlər”.

Hakim vəsatətləri təmin etməyib.

Ötən məhkəmə prosesində vəkil Yalçın İmanov 8 hal şahidinin dindirilməsini istəsə də, hakim o vəsatəti təmin etmədiyini bildirib.

Bu zaman T.Bağırzadə deyib: “Hal şahidi ilə bağlı vəsatəti təmin etməməyiniz qəribədir. İstintaq işində əsas gedən hal şahidləridir. Həmin hal şahidləri 26 noyabrda silahları görən adamlardır. Siz vacib şahidlərin gəlməsini təmin etmədikdən sonra, hansısa vəsatət verməyimiz artıq gülüncdür”.

Bundan sonra məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra özünü jurnalist kimi təqdim edən polis əməkdaşı məhkəmədə iştirak edib.

Təqsirləndirilən şəxs Abbas Hüseyn o şəxsi tanıdığını, iki ay bundan əvvəl zaldan çıxartdığını bildirib.

Özünü jurnalist qismində tanıdan şəxsdən vəkillər hansı saytda işlədiyini soruşsalar da, o suallara cavab verməyib. Bu zaman təqsirləndirilən şəxslərlə həmin “jurnalist” arasında qalmaqal düşüb. Bir qədər mübahisədən sonra həmin şəxs zaldan uzaqlaşdırılıb.

Daha sonra Taleh Bağırzadə hakim Əlövsət Abbasova hakim Ənvər Seyidovu (NİDA-çı gəncə bu günlərdə prokuror 9 il istəsə də hakim Seyidov 10 il həbs verib. Hazırda Seyidov beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib -red) misal çəkib. Ə.Seyidovun cəzasını Allah verdiyini və hal-hazırda reanimasiyada olduğunu qeyd edib. Bu zaman hakim Taleh Bağırzadədən oturmasını istəyib. T.Bağırzadə isə “Məni İlham Əliyev otuzdura bilməyib, sən otuzduracaqsan?” sual edib.

Bu vaxt hakim T.Bağırzadənin məhkəmə zalından müvəqqəti uzaqlaşdırılmasını istədiyini bildirib.

Təqsirləndirilən şəxslər hakimin qərarına etiraz edib. Bu zaman hakim növbəti məhkəmə prosesinin vaxtını açıqlamadan zalı tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG