Accessibility links

“Nardaran işi”ndə müttəhimlər son söz deyir


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

Yanvarın 16-da “Nardaran işi” üzrə məhkəmə prosesində müttəhimlərin yekun çıxışları davam edib.

“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə polisdə ona və tərəfdarlarına işgəncələrin verilməsindən danışıb.

“Bandotdel”də bizə işgəncə verdilər, sındırmaq istədilər, amma bacarmadılar. “Bandotdel” Azərbaycan hakimiyyətinin simasıdır”, o vurğulayıb.

“Həbsdən öncə mən islahatlar ideyası ilə yaşayırdım, indi isə inqilab ideyaları ilə yaşayıram”, Bağırzadə deyib.

O, prezident İlham Əliyevi güc qurumlarına arxalanmamağa çağırıb: "Çünki “bandotdel”də onun ailəsini də söyürlər".

Sonra Cahad Babazadə, İqbal İsmayılov, Fərhad Balayev və Ramin Yarıyev çıxış edərək “bandotdel”də işgəncələrdən, məhkəmənin ədalətsiz olmasından danışıblar, “Bağırzadədən ayrılmamaq üçün” onları da ömürlük həbs etməyə çağırıblar.

Növbəti məhkəmə iclası yanvarın 18-də olacaq.

XS
SM
MD
LG