Accessibility links

“Nardaran işi” məhkəməsində vəkillər çıxış edir [Video] (Yenilənib)


"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı
"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı

Vəkillər ittihamların məhkəmədə sübut olunmadığını bildirib

Yanvarın 9-da “Nardaran işi” üzrə məhkəmə prosesində vəkillər çıxış ediblər.

Vəkil Yalçın İmanov məhkəmə istintaqının yenidən aparılması barədə vəsatət qaldırıb və bunu onunla əsaslandırıb ki, prokuror məhkəmədə araşdırılmamış sübutlara istinad edib.

O, əsasən 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyatlar haqqında qərarı göstərib. Ancaq bu qərar məhkəmədə araşdırılmayıb.

Bundan əlavə, prokuror müttəhimlərin ifadələrini təhrif edib.

“Sənədlərin araşdırılması mərhələsində müttəhimlər prosesdən kənarlaşdırılıb ki, bu da qanunsuzdur. Bütün bunları nəzərə alaraq məhkəmə istintaqının yenilənməsini xahiş edirik”, - Y.İmanov bildirib.

“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə vəkili dəstəkləyib.

“Prokuror öz çıxışında “Taleh Bağırzadənin müraciəti” adlı hansısa kitabçaya istinad edib. Ancaq məhkəmə bunu araşdırmayıb. Kitabçanı “bandotdel”də (Baş Cinayətkarlıqla Mübarizə İdarəsi) hazırlayıblar. Onların İlham Əiliyev haqqında yazdıqları öz düşüncələridir.

Prokuror bildirir ki, mənim çıxışlarımda dövlət əleyhinə çağırışlar olub. Bu, yalandır. Bu çıxışlar Youtube-da yerləşdirilib. Orada dövlət əleyhinə bir ifadə belə yoxdur”, - T.Bağırzadə vurğulayıb.

Onun fikrincə, məhkəmə prosesi DİN rəhbəri Ramil Usubovun müdaxiləsilə keçib. Bundan əlavə, T.Bağırzadənin fikrincə, İlham Əliyev özü də prosesə nəzarət edib.

“Mənim ona “ürək sözlərim” var. Deyirlər ki, biz dövlət çevrilişi hazırlamışıq, hakimiyyəti zorla ələ keçirmək istəmişik. Əslində, 11 il ərzində bu dövləti MTN və onun generalları ələ keçiriblər. Qoy, İlham Əliyev eşitsin ki, dövlət çevrilişini o özü edib”, - T.Bağırzadə vurğulayb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib ki, prosesin əvvəlində prosessual normalara əməl olunması ilə bağlı formal cəhdlər olsa da sonradan açıq qanunsuzluq baş alıb getdi.

“Bu proses hakimiyyətin bizə qərəzli olduğunu, obyektiv araşdırma aparmaq istəmədiyini göstərdi. Bizim çıxışlarımız məhkəməyə yox, hakimiyyətə ünvanlanıb. Siz, məhkəmə, yaxşı bilirdiniz ki, bizim heç bir günahımız yoxdur. Siz bu rüsvayçılığı öz üzərinizə götürürsünüz. Bu gün siz heç bir araşdırma aparmadan hökmə imza atmağa hazırlaşırsınız”, - F.Qəhrəmanlı vurğulayıb.

Vəkil Abil Bayramov müttəhimlərin günahsız olduqlarını bildirib. O deyib ki, müdafiə etdiyi Zakir Mustafayev işgəncələrə məruz qalıb.

Vəkil ittihamın gülünc olması ilə bağlı deyib: “İttihamda bildirilir ki, Zakir Mustafayevdən avtomat götürülüb. Ancaq cinayət işində avtomat yoxdur.

Ramin Yarıyevin hüquqlarını müdafiə edən vəkil Gülşən Salmanova deyib ki, həbs olunduğu zaman o, yetkinlik yaşına çatmayıb.

Vəkilin sözlərinə görə, R.Yarıyevlə çətinliklə görüşə bilib. Bunu qəsdən ediblər ki, onun bədənindəki zorakılıq izləri sağalsın.

“O, ağır psixoloji durumda olub. Yetkinlik yaşına çatmadığından icra hakimiyyətinin əməkdaşı onun qanuni nümayəndəsi kimi tanınıb. Bu, qanunsuzdur, çünki gəncin valideynləri sağdır”, - vəkil bildirib.

O, diqqəti ona yönəldib ki, istintaq R.Yarıyevin şalvarının arxa cibində qumbara tapıb. “Dar cins şalvarın arxa cibinə qumbaranı necə qoymaq olar?”

Vəkil deyib ki, 6 nəfərin ölümü, günahsız insanların həbsi ilə başa çatan xüsusi əməliyyat BMCMİ əməkdaşlarının səriştəsizliyinin nəticəsidir.

O deyib ki, əməliyyatla bağlı video çəkilişlərin olmasına baxmayaraq, onlar məhkəməyə təqdim edilməyib.

Vəkil Yalçın İmanov diqqəti ona yönəldib ki, bu, şahidlərin polisə çağırılaraq istintaqa lazımi ifadə vermələrinin tələb olunması ilə bağlı ilk prosesdir.

Vəkil Nemət Kərimli bildirib ki, istintaq iki polis əməkdaşını kimin öldürdüyünü müəyyən etməyib. O deyib ki, F.Qəhrəmanlı Facebook-da yazdığı statuslara görə həbs olunub.

Vəkil Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, müttəhim Şamil Əbdüləliyevin bədənində indiyədək iki güllə qalır.

Proses yanvarın 11-də davam edəcək.

***

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə - konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və b. ittiham olunur.

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.

Bugünkü prosesdə hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Yalçın İmanov istintaqın təzələnməsi ilə bağlı vəsatət qaldırıb.

Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin iştirakı olmadan cinayət işində olan sənədlər tədqiq edilib, bu da onların hüququnun pozulması hesab olunur.

Məhkəmə vəsatəti təmin etməyib.

"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı
"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı

Sonra təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər.

Təqsirləndirilən Zakir Mustafayevin vəkili Abil Bayramov çıxış edərək, Z. Mustafayevin ittiham olunduğu maddələrdə onun təqsirini sübuta yetirən hər hansı faktın olmadığını deyib.

Vəkil Gülşən Salmanova hüquqlarını müdafiə etdiyi Ramin Yarıyevin ittiham aktında göstərilən cinayəti törədərkən yetkinlik yaşında olmadığı əsas gətirib və onun təqsirsiz olduğunu deyib.

Vəkil Elçin Sadıqov çıxışında təqsirləndirilən şəxslər – Taleh Bağırov, Cabbar Cabbarov və digərlərinin təqsirinin sübuta yetirilmədiyini bildirib.

Proses davam davam edir.

XS
SM
MD
LG