Accessibility links

Narendra Modi: Əfqanıstandan terroru yaymaq üçün istifadə olunmasına imkan verilməməlidir


Narendra Modi

Hindistanın Baş naziri Narendra Modi şənbə günü BMT-nin Baş Assambleyasının illik iclası zamanı deyib ki, terroru qlobal miyasda yaymaq üçün Əfqanıstandan istifadə olunmasının qarşısının alınması çox mühümdür. O, dünya liderlərini ölkədəki azlıqlara, o cümlədən qadın və uşaqlara yardım etməyə çağırıb.

Taliban avqust ayında ABŞ-ın 20 illik müharibənin ardınca qoşunlarını ölkədən çıxarmağa qərar verməsindən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib.
“Əfqanıstan torpağından terroru yaymaq və terror hücumlarını təşkil etmək üçün istifadə olunmadığını təmin etmək vacidir,” Modi deyib.

“Biz həmçinin sayıq olmalıyıq ki, heç bir ölkə Əfqanıstandakı həssas vəziyyətdən öz mənfəəti üçün alət kimi istifadə etməsin,” Modi, ehtimal olunur ki, Əfqanıstanda Hindistan arasında yerləşən Pakistana istinadən deyib.

Modinin Əfqanıstanda qadınları qorumaq üçün çağırışı Talibanın paytaxt Kabili ələ keçirəndən sonra qadın hüquqularını məhdudlaşdırdığına dair işarələrin olduğu bir zamana təsadüf edib, baxmayaraq ki, onlar bu yaxınlarda qadın və qızalara tətbiq olunan məhdudiyyətləri yüngülləşdirməyə hazır olduqlarını bildiriblər. Qadınların 1996-2001-ci illər ərzində Talibanın hakimiyyəti altında ictimai həyatda iştirakı böyük ölçüdə qadağan edilmişdi.

Kəşmir və Hind okeanı regionunda nüfuz üzərində Çinlə rəqabət aparan Hindistanın Baş naziri həmçinin okeanları “genişlənmə və təcrid” yarışından qorumağa ehtiyacın olduğunu vurğulayıb.

Şənbə günü assambleyada çıxış edənlər arasında Rusiya, Efiopiya və Haiti daxil olmaqla bir neçə başla ölkənin liderləri olub.

Cümə günü kiçik ada ölkəsi olan Barbadosun Baş naziri assambleyada çıxış edərək dünya boyu insanları kimin qoruyacağı və lazım olan tədbirləri görəcəyini sual edib.

“Robert Nestor Marlinin sözləri ilə desək “Kim ayağa qalxıb, müdafiə edəcək?” – deyə, Barbadosun Baş naziri Mia Amor Mottli məşhur yamaykalı musiqiçiyə istinad edərək liderlərə sual edib.

Çıxışı mobil telefonundan oxuyan baş nazir COVID-19 vaksinlərinin paylanmasında qeyri-bərabərlik, işsizlik, nəqliyyat problemləri və iqlim dəyişikliyi kimi problemlərin yer aldığı siyahını oxuyub. O bu probleri həll etməyin beynəlxalq ictimaiyyətin imkanları daxilində mümkün olduğunu, lakin liderlərin hər il eyni problemlərlə üzləşib, heç bir dəyişiklik olmadığını görməkdən bezdiklərini deeyib.

“Əgər biz insanları Aya göndərmək və kişilərin dazlıq problemini həll edə bilirksə, daha öncə də dəfələrlə qeyd etdiyim kimi, insanlarımızı əlçatan çəkildə qidalanması və nəqliyyata çıxışlarının olması kimi asan problemləri də həll edə bilərik,” o deyib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG