Accessibility links

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay uzadılıb


Nərgiz Absalamova
Nərgiz Absalamova

Fevralın 24-də Xətai rayon Məhkəməsi “Abzas Media” -nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbirnin müddətini daha 3 ay (mayın 29-dək) uzadıb.

Vəkili Rövşanə Rəhimli bildirib ki, ittiham tərəfi məhkəmədə öz mülahizələrinə jurnalistin azadlıqda olarsa gizlənə biləcəyi, istintaqın gedişinə maneələr yarada biləcəyi ilə əsaslandırıb:

“Biz ittiham tərəfinin dediklərinin formal olduğunu və fakta söykənmədiyini bildirdik. İstintaqın uzadılması onunla əsaslandırıldı ki, sorğular göndərilib, digər təqsiri olan şəxslər dəvət olunacaq, üzləşmə keçiriləcək. Çox güman digər təqsirləndirilən şəxslərin də həbs müddəti uzadılacaq. Həbsin uzadılması qanunsuzdur”, vəkil qeyd edib.

Məhkəmədə Nərgiz Absalamova ittihamları rədd edib və jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb.

Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG