Accessibility links

Narıncı Gün – “Qadınlara qarşı zorakılığa son!” [Video]


ABŞ səfirliyi Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsini təqdim edib
ABŞ səfirliyi Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsini təqdim edib

ABŞ səfirliyi Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsini təqdim edib

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin UNITE adlı kampaniyası çərçivəsində qadınlara və qızlara qarşı zorakılığa son qoymağa dair hərəkət etmək və bu problem haqqında ictimaiyyəti maarifləndirmək üçün hər ayın 25-ci günü "Narıncı Gün" kimi qeyd edilir.

UNITE kampaniyası üçün seçilən bu parlaq və optimistik narıncı rəng qadın və qızlara qarşı zorakılığın olmadığı gələcəyi təmsil edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, narıncı gün hər kəsi icmaların imkanlarını səfərbər etməyə, qadın və qızlara qarşı zorakılığın qarşısının alınması ilə əlaqədar məsələləri müzakirə etməyə çağırır.

Səfirliyin məlumatında deyilir ki, ABŞ səfirinin müavini Vilyam Gil oktyabrın 25-də USAID/Azerbaijan-nin Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsinin açılışında iştirak edib.

Səfirlik bildirir ki, qadınlar hazırda ABŞ Senatında 20 vəzifə və Nümayəndələr Palatasında 88 vəzifəyə sahibdirlər.

1964-cü ildən etibarən ABŞ-da bütün prezident seçkilərində qadınlar kişilərdən daha çox səs verib.

XS
SM
MD
LG