Accessibility links

“Şərqi Azərbaycanda narkotiklərdən istifadə səbəbi ilə 6 ayda 50 adam ölüb”


Şərqi Azərbaycan vilayətinin məhkəmə ekspertizası mərkəzinə istinadən, bu ilin ilk 6 ayında vilayətdə narkotik maddə istifadəsi nəticəsində 50 insan həlak olub.

“Bu il indiyədək (1398 hicri ili) narkotik maddə istifadəsi 50 can alıb,” Şərqi Azərbaycan vilayətinin məhkəmə ekspertizası mərkəzinin sədr Artin Kəmali qeyd edib.

Ekspertizası mərkəzinin sədri bu haqda dövlət agentliyi İRNA-ya məlumat verib. O, həlak olanlardan ikisinin qadın olduğunu bildirib.

Kəmalinin bildirdiyinə görə, “keçən ilin eyni zaman bazası ilə müqayisədə bu il həlak olanların sayı 8 nəfər artıb. 1397-ci ilin tamamında 93 vətəndaş narkotik maddə istifadəsi üzündən həlak olub.”

İSNA xəbər agentliyi “Narkomaniyaya Qarşı Mübarizə Təşkilatına” istiandən yayımladığı xəbərdə, İranda narkotik istifadəsi nəticəsində hər gün 10 nəfərin həlak olduğunu bildirib.

XS
SM
MD
LG