Accessibility links

Narkotik satışı ilə məşğul olan 27 nəfərlik dəstə saxlanılıb


Azərbaycan Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Türkiyə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində rəhbərləri İstanbulda yaşayan və Azərbaycan ərazisində onlayn yolla narkotik satan şəxslərə qarşı əməliyyat tədbiri keçirib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə video-reportaj yayıb.

Məlumatda deyilir ki, əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən 27 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.

“Araşdırma zamanı müəyyən edilib ki, dəstənin rəhbərləri İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və qohumu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıb. Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Müəyyən olunub ki, dəstə üzvləri gizli pərdələyici üsullardan istifadə edərək “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndərib.”

Mətbuat xidmətinin məlumatına görə, onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüb.

Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarından istifadə edib.

Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri dəstənin başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevada cəmlənib.

Daxili İşlər Nazirliyi bildirir ki, mütəşəkkil dəstə əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçirib.

Hazırda dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə qaldırlan cinayət işinin istintaqı davam etdirilir.

Öz növbəsində saxlanılan şəxslərin vəkilləri və yaxınları hələ baş verənlərlə bağlı şərh verməyib. Video-reportajda əməliyyatın nə vaxt keçirildiyi barədə də məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG