Accessibility links

Polis 7 ton 500 kiloqram çətənə kolunu məhv edib


Cetene kolu
Cetene kolu

Bu barədə Daxili İşlər Nazirlyinin mətbuat xidməti məlumt verir

Polis İmişli və Zaqatala rayonlarında 3,8 hektar sahədə yabanı halda bitmiş 7 ton 950 kiloqram çətənə kolunu məhv edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə iyulun 17-də İmişli rayon Polis Şöbəsi rayonun Əliyetməzli kənd bələdiyyəsinə məxsus 1,8 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 950 kiloqram çətənə kolu aşkar edərək məhv edib.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, Zaqatala rayon Polias Şöbəsi və Daxili Qoşunların əməkdaşları rayonun Uzunqazmalar kənd bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çəkisi 6 ton çətənə kolunu məhv edib.

XS
SM
MD
LG