Accessibility links

Sərhədçilər 11,9 kiloqram narkotik vasitə tutub


Narkotik vasitə tapılan qayıq
Narkotik vasitə tapılan qayıq

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları martın 20-də Xəzər dənizinin Astara rayonu istiqamətində (İranla sərhəddə) 11,9 kq narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycana məx­sus qayıq saxlanılıb. Üzmə vasitəsinin heyət üzv­lə­r­inin - Astara ra­yon Şah­ağacı kənd sakinləri Əliağa Quliyev və Seymur Quli­yevin sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olunub.

Narkotik
Narkotik

Həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlə­rinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətir­ilmə­sin­də iştirakları müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG