Accessibility links

DSX 8 kiloqramdan çox narkotik maddə götürüb


Narkotik maddə
Narkotik maddə

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 8 kiloqram yarıma yaxın narkotik maddə aşkar edərək götürüb.

DSX-nin mətbuat mərkəzinin məlumatına götrə, Lənkəran rayonunun Vel kəndi (Bakıdan 272 kilometr cənub) yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş avtomobillə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.

Narkotik olan avtomobil
Narkotik olan avtomobil

Məlumatda deyilir ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümlədən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılan şəxslər Lənkəran rayon sakinləri Məmməd Məmmədov və Aqşin Kərimovdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

XS
SM
MD
LG